İdman
“Arsenal” etiraf etdi: Yayda Vinisiusu transfer etmək istəyiblər
“Arsenal”ın baş məşqçisi Mikel Artetanın köməkçisi Migel Molina “Real Madrid”in hücumçusu Vinisius Juniorun 2026-cı ilin yay transfer dönəmində klubun transfer gündəmində olduğunu təsdiqləyib.
Publika.az xəbər verir ki, Molina İspaniyanın “La Tribu” radio proqramında çıxışı zamanı braziliyalı futbolçunun London klubunun müzakirə etdiyi namizədlərdən biri olduğunu açıqlayıb. Ona “Arsenal”ın Vinisiusla maraqlanıb-maraqlanmadığı barədə sual ünvanlanıb.
33 yaşlı mütəxəssis bu iddianı təsdiqləyərək deyib: “Əlbəttə. Reallığı inkar edə bilmərəm. O, masadakı adlardan biri idi”.
“Arsenal”ın məşqçilər heyətinin yayda Vinisiusu Şimali Londona gətirmək variantını nəzərdən keçirdiyi məlum olub. Lakin braziliyalı hücumçu karyerasını Madrid klubunda davam etdirməyə üstünlük verib və uzunmüddətli müqaviləyə razılıq verib.
Molina eyni zamanda Artetanın məşq prosesindəki yanaşmasından da danışıb. Onun sözlərinə görə, ispaniyalı çalışdırıcı klubda ən çox çalışan şəxslərdən biridir.
“İlk gələn odur, son gedən də. Çox gərgin işləyir və son dərəcə tələbkardır”, – Molina qeyd edib.
Artetanın əsas üstünlüklərindən birinin isə həm futbolçulardan, həm də məşqçilər heyətindən maksimum nəticə almaq bacarığı olduğu vurğulanıb. Molina hesab edir ki, baş məşqçinin öz işinə münasibəti komandadakı digər şəxslər üçün də nümunədir.
-
İqtisadi gündəm09:50Mərkəzi Bankdan kreditlərlə bağlı - QƏRAR
-
Nida Xəbər 09:35XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi
-
Avto07:15İkinci əl avtomobil almaq istəyənlərə şad xəbər - Video
-
Ekopublika.az05:45“Nvidia” rəhbərinin 162 milyard dollarlıq sərvəti gündəmdə - Tarixin ən bahalı boşanması baş verəcək?
-
Qoroskop01:20Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün yeni həyat başlayır
-
Dünya00:27Türkiyədə zavodda partlayış: ölənlərin sayı artdı - Yeniləndi
-
Avropa9 Noyabr 23:55700 supermarketə hücumun arxasında İran dayanır - Fransadan ittiham
-
Elm və təhsil9 Noyabr 23:05Abituriyentlər iki fəndən imtahan verəcək? - Ekspertdən AÇIQLAMA







.webp)







.jpg)








.jpg)






.jpg)



