İdman
Deputatlar İsraillə oyunu boykota çağırdılar
İrlandiyalı deputatlar Millətlər Liqasının qrup mərhələsində İsrailə qarşı bu gün keçiriləcək oyunu boykot etməyə çağırıblar.
Publika.az xəbər verir ki, bu barədə “The Irish Mirror” qəzeti məlumat yayıb.
Daha əvvəl bildirilmişdi ki, İrlandiya millisinin oyunçuları və məşqçiləri boykot ehtimalını müzakirə ediblər, lakin sonda meydana çıxmaq qərarına gəliblər. Lakin millinin qapıçısı Qevin Bazunu yenə də qarşıdakı matçda iştirak etməkdən imtina edib.
Sosial Demokrat Partiyasının millət vəkili Daniel Ennis bildirib: “İdmandan daha vacib şeylər var. Kütləvi qətllər fonunda 6 xal nə deməkdir? Etnik təmizləmə kontekstində 6 xal nə deməkdir? Soyqırımın ortasında 6 xal nə deməkdir? 6 xal itkisi kompensasiya edilə bilər, amma ölən uşağın itkisi kompensasiya edilə bilməz, nə də on minlərlə ölən fələstinlinin itkisi.
Görünür, İrlandiya Futbol Assosiasiyası (FAI) bu matçları keçirməkdə qərarlıdır. Onlar hər şeyi görürlər, amma göz yummağı seçirlər”.
Avropa Parlamentinin Leyborist Partiyasından olan deputatı O’Dan O’Riordan İsrailin beynəlxalq yarışlardan kənarlaşdırılmasına çağırıb: “FİFA və UEFA İsrailin beynəlxalq futbol yarışlarından kənarlaşdırılması çağırışlarına nəzərə almalı, tədbir görmədilər. Bu uğursuzluq irlandiyalı oyunçuları heç vaxt qarşılaşmamalı olduqları bir dilemma ilə üzləşdirib”.
İsrail – İrlandiya matçı 27 sentyabr bazar günü Macarıstanın Debretsen şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
-
İqtisadi gündəm09:50Mərkəzi Bankdan kreditlərlə bağlı - QƏRAR
-
Nida Xəbər 09:35XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi
-
Avto07:15İkinci əl avtomobil almaq istəyənlərə şad xəbər - Video
-
Ekopublika.az05:45“Nvidia” rəhbərinin 162 milyard dollarlıq sərvəti gündəmdə - Tarixin ən bahalı boşanması baş verəcək?
-
Qoroskop01:20Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün yeni həyat başlayır
-
Dünya00:27Türkiyədə zavodda partlayış: ölənlərin sayı artdı - Yeniləndi
-
Avropa9 Noyabr 23:55700 supermarketə hücumun arxasında İran dayanır - Fransadan ittiham
-
Elm və təhsil9 Noyabr 23:05Abituriyentlər iki fəndən imtahan verəcək? - Ekspertdən AÇIQLAMA







.webp)






.jpg)









.jpg)






.jpg)



