İdman
Futboldan qazandığı pulun 99 faizini itirib - Əfsanədən şok etiraf
“Real Madrid” və Braziliya millisinin keçmiş müdafiəçisi Roberto Karlos peşəkar karyerası ərzində qazandığı pulların demək olar ki, hamısını itirdiyini açıqlayıb.
Publika.az xəbər verir ki, karyerası ərzində ən azı 160 milyon avro qazanan 53 yaşlı braziliyalı Portuqaliya Futbol Sammitində çıxış edərək maliyyə fəlakətinin təfərrüatlarını bölüşüb.
“Bank hesabımı boşaldan insanlarla problemlərim var idi. Futbolda qazandığım hər şeyin 99%-ni itirdim”, – Karlos deyib.
Veteran qeyd edib ki, durum şəxsi həyatındakı çətin vəziyyətlərlə daha da ağırlaşıb. O bildirib ki, faciənin bütün miqyası masasına bir yığın sənəd qoyulanda ağlına gəlib:
“Çox ciddi bir ailə problemim var idi. Cümə axşamı gecə yarısı yatağa getdim və cümə günü heç bir şey bilmədiyim bir yığın sənəd aldım. Elə o zaman bütün hekayəmi itirdiyimi anladım.
Səhvlər etmişəm və buna görə də gənc oyunçulardan onları təkrarlamamalarını xahiş edirəm. Futboldan təqaüdə çıxdıqdan sonra gələcək planlarım barədə həmişə düşünmüşəm. Söhbət oyunçunun irsini qurmaq və imicindən pul qazanmaqdan gedir. Futboldan təqaüdə çıxmaq qərarına gələndə artıq idman direktoru lisenziyam var idi və bir çox brendlə işləmişdim”, – Roberto Karlos vurğulayıb.
Müəllif: Tural
-
İqtisadi gündəm09:50Mərkəzi Bankdan kreditlərlə bağlı - QƏRAR
-
Nida Xəbər 09:35XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi
-
Avto07:15İkinci əl avtomobil almaq istəyənlərə şad xəbər - Video
-
Ekopublika.az05:45“Nvidia” rəhbərinin 162 milyard dollarlıq sərvəti gündəmdə - Tarixin ən bahalı boşanması baş verəcək?
-
Qoroskop01:20Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün yeni həyat başlayır
-
Dünya00:27Türkiyədə zavodda partlayış: ölənlərin sayı artdı - Yeniləndi
-
Avropa9 Noyabr 23:55700 supermarketə hücumun arxasında İran dayanır - Fransadan ittiham
-
Elm və təhsil9 Noyabr 23:05Abituriyentlər iki fəndən imtahan verəcək? - Ekspertdən AÇIQLAMA







.webp)






.jpg)









.jpg)






.jpg)



