İdman
Ronaldo son 18 ildə belə duruma düşməmişdi
Kriştiano Ronaldo 18 ildən sonra ilk dəfə Portuqaliya millisinin heyətində rəsmi oyunda iştirak etməyib, baxmayaraq ki, heyətdə yer alıb.
Publika.az xəbər verir ki, 27 sentyabrda, Xorxe Jesusun komandası Millətlər Liqasının ikinci tur matçında Norveçi səfərdə 2-1 hesabı ilə məğlub etdi. Təcrübəli kapitan bütün oyun boyu ehtiyat oyunçular skamyasında oturdu.
Bu, sonuncu dəfə Avro 2008-in qrup mərhələsində baş vermişdi, o zaman Kriştiano İsveçrəyə 0:2 hesabı ilə uduzduqları oyunda meydana çıxmamışdı.
Qeyd edək ki, Ronaldo Uelsə qarşı əvvəlki oyunda (1-0) start heyətində yer almışdı. 41 yaşlı hücumçu 67-ci dəqiqədə əvəzlənmişdi.
Xatırladaq ki, Kriştiano Ronaldo Portuqaliya millisinin tarixində ən çox qol vuran oyunçudur. Ulduz hücumçu Portuqaliya millisində 234 oyun keçirib, 146 qol vurub və 45 məhsuldar ötürmə edib.
Jesusun komandası növbəti oyununu 1 oktyabrda keçirəcək. Onların rəqibi Danimarka olacaq.
Müəllif: Tural
-
İqtisadi gündəm09:50Mərkəzi Bankdan kreditlərlə bağlı - QƏRAR
-
Nida Xəbər 09:35XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi
-
Avto07:15İkinci əl avtomobil almaq istəyənlərə şad xəbər - Video
-
Ekopublika.az05:45“Nvidia” rəhbərinin 162 milyard dollarlıq sərvəti gündəmdə - Tarixin ən bahalı boşanması baş verəcək?
-
Qoroskop01:20Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün yeni həyat başlayır
-
Dünya00:27Türkiyədə zavodda partlayış: ölənlərin sayı artdı - Yeniləndi
-
Avropa9 Noyabr 23:55700 supermarketə hücumun arxasında İran dayanır - Fransadan ittiham
-
Elm və təhsil9 Noyabr 23:05Abituriyentlər iki fəndən imtahan verəcək? - Ekspertdən AÇIQLAMA







.webp)





.jpg)









.jpg)






.jpg)



