İdman
Kvaratsxeliya Villi Sanyolla belə vidalaşdı
PSJ və Gürcüstan millisinin cinah yarımmüdafiəçisi Xviça Kvaratsxeliya Villi Sanyolun milli komandanın baş məşqçisi vəzifəsindən getməsinə reaksiya verib.
Publika.az xəbər verir ki, Xviça bununla bağlı sosial mediada paylaşım edib:
“Təşəkkür edirəm, Villi! Birlikdə çox şeydən keçdik və hər cür çətinliyin öhdəsindən gəldik. Komanda yoldaşlarımla birlikdə ölkəmizi Avropa Çempionatına çıxararaq uşaqlıq arzumuzu gerçəkləşdirdik. Buna birlikdə nail olduq və tarix yazdıq.
Gürcü xalqı ilə bölüşdüyümüz sevinc və həyəcan yaddaşımızda əbədi olaraq xüsusi bir şey kimi qalacaq. Bu vaxta və birlikdə keçirdiyimiz bütün illərə görə sizə xüsusi təşəkkür etmək istəyirəm. Bu futbol səyahətini heç vaxt unutmayacağıq.
Gələcəkdə sizə ən xoş arzularımı çatdırıram… Yenidən görüşəcəyik” .
Sanyol 2021-ci ilin fevral ayından bəri Gürcüstan milli komandasını çalışdırırdı. Onun rəhbərliyi altında gürcülər tarixlərində ilk dəfə olaraq Avro 2024-ün final mərhələsinə vəsiqə qazandılar və 1/8 finala yüksəldilər.
-
İqtisadi gündəm09:50Mərkəzi Bankdan kreditlərlə bağlı - QƏRAR
-
Nida Xəbər 09:35XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi
-
Avto07:15İkinci əl avtomobil almaq istəyənlərə şad xəbər - Video
-
Ekopublika.az05:45“Nvidia” rəhbərinin 162 milyard dollarlıq sərvəti gündəmdə - Tarixin ən bahalı boşanması baş verəcək?
-
Qoroskop01:20Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün yeni həyat başlayır
-
Dünya00:27Türkiyədə zavodda partlayış: ölənlərin sayı artdı - Yeniləndi
-
Avropa9 Noyabr 23:55700 supermarketə hücumun arxasında İran dayanır - Fransadan ittiham
-
Elm və təhsil9 Noyabr 23:05Abituriyentlər iki fəndən imtahan verəcək? - Ekspertdən AÇIQLAMA







.webp)





.jpg)









.jpg)






.jpg)



