İdman
Jesus Ronaldonu meydana niyə buraxmayıb? - Son yarım saatda…
Portuqaliya millisinin baş məşqçisi Xorxe Jesus Millətlər Liqasının ikinci turunda Norveçlə oyunda (2:1) komandanın kapitanı Kriştiano Ronaldonu niyə meydana buraxmadığını izah edib.
Publika.az xəbər verir ki, onun sözlərini “A Bola” sitat gətirib.
“Onu təxminən yarım saatlıq meydana çıxarmağı düşündüm, amma sonra oyun öz şərtlərini diktə etməyə başladı. Qərara gəldim ki, onu mübarizəyə atmaq üçün doğru vaxt deyil. Hələ iki oyun qalıb, amma bu, onu fiziki cəhətdən xilas etmək üçün deyildi, çünki istədiyim qədər oynamağa hazır idi. Bu, mənim qərarım idi”, – deyə Jesus bildirib.
Mütəxəssis əlavə edib ki, 41 yaşlı hücumçu ilə oyun müddəti ilə bağlı razılığı var. Lakin matçın gedişatı vəziyyəti diktə etdi:
“Düşünmürdüm ki, bu, ideal andır; fərqli xüsusiyyətlərə malik bir oyunçuya ehtiyacım var idi, amma bu, onun yarışdan kənarda qaldığı anlamına gəlmir, əksinə. Bəlkə Danimarkaya qarşı oynayacaq. Hamı bərabərdir. Hətta son yarım saatda Ronaldo ilə razılaşdım: “Səni meydana çıxaracağam”, amma oyun gedişi bunu tələb etmirdi.
Qonsalo Ramos yaxşı oynadı, bir qol vurdu, daha bir qol isə sayılmadı və mən hiss etdim ki, Ramosu əvəz etməyin vaxtı deyil. Vaxt keçirdi və artıq Kriştiano üçün deyil, tarazlığı təmin etmək və nəticəni qorumaq üçün başqa bir oyunçunun meydana çıxması üçün uyğun an idi”.
Qeyd etmək lazımdır ki, bu, Portuqaliya millisinin 18 ildən sonra ilk rəsmi oyunu idi ki, Ronaldo heyətə daxil olsa da, meydana çıxmadı. Bu, sonuncu dəfə Avro-2008-də baş vermişdi.
-
İqtisadi gündəm09:50Mərkəzi Bankdan kreditlərlə bağlı - QƏRAR
-
Nida Xəbər 09:35XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi
-
Avto07:15İkinci əl avtomobil almaq istəyənlərə şad xəbər - Video
-
Ekopublika.az05:45“Nvidia” rəhbərinin 162 milyard dollarlıq sərvəti gündəmdə - Tarixin ən bahalı boşanması baş verəcək?
-
Qoroskop01:20Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün yeni həyat başlayır
-
Dünya00:27Türkiyədə zavodda partlayış: ölənlərin sayı artdı - Yeniləndi
-
Avropa9 Noyabr 23:55700 supermarketə hücumun arxasında İran dayanır - Fransadan ittiham
-
Elm və təhsil9 Noyabr 23:05Abituriyentlər iki fəndən imtahan verəcək? - Ekspertdən AÇIQLAMA







.webp)





.jpg)









.jpg)






.jpg)



