İdman
Rusiya komandaları avrokuboklara buraxılır? - Rəsmi cavab gəldi
Avropa Voleybol Konfederasiyası (CEV) Rusiya komandalarının Avropa yarışlarına buraxılacağı ilə bağlı yayılan xəbərə reaksiya verib.
Şənbə günü polşalı jurnalist Yakub Balçezak bildirib ki, CEV İtaliyada keçirilən konqresində Rusiyanın 2027/28 mövsümündən etibarən Avropa klub yarışlarına qayıtmasına icazə vermək qərarına gəlib.
Publika.az xəbər verir ki, “Match TV” CEV nümayəndəsindən sitat gətirib:
“Hazırda bu məsələ ilə bağlı əlavə şərh verə bilmərik, müvafiq məlumatlar bütün maraqlı tərəflərə vaxtında çatdırılacaq.
Lakin qeyd etmək istərdik ki, Rusiya komandalarının CEV yarışlarına qayıtması məsələsi bu həftənin əvvəlində Milanda keçirilən CEV Baş Assambleyasında (Konqres) müzakirə olunmayıb. Bu məsələ gündəmdə deyildi və belə bir qərarın qəbul edilməsi CEV Baş Assambleyasının səlahiyyətlərinə daxil deyil və CEV İnzibati Şurasının səlahiyyətlərinə daxildir”.
Xatırladaq ki, bu yay Beynəlxalq Voleybol Federasiyası (FIVB) BOK-un tövsiyələrinə əməl edərək Rusiya komandalarının onun himayəsi altında yarışlarda iştirak etməsinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırıb.
-
İqtisadi gündəm09:50Mərkəzi Bankdan kreditlərlə bağlı - QƏRAR
-
Nida Xəbər 09:35XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi
-
Avto07:15İkinci əl avtomobil almaq istəyənlərə şad xəbər - Video
-
Ekopublika.az05:45“Nvidia” rəhbərinin 162 milyard dollarlıq sərvəti gündəmdə - Tarixin ən bahalı boşanması baş verəcək?
-
Qoroskop01:20Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün yeni həyat başlayır
-
Dünya00:27Türkiyədə zavodda partlayış: ölənlərin sayı artdı - Yeniləndi
-
Avropa9 Noyabr 23:55700 supermarketə hücumun arxasında İran dayanır - Fransadan ittiham
-
Elm və təhsil9 Noyabr 23:05Abituriyentlər iki fəndən imtahan verəcək? - Ekspertdən AÇIQLAMA







.webp)





.jpg)









.jpg)






.jpg)



