İdman
Meydanda ürəyi dayanmışdı: 9 il sonra ümidverici xəbər gəldi
Abdelhak Nurinin qəfil ürək tutması keçirməsindən doqquz il sonra onun qardaşı “Ayaks”ın sabiq futbolçusunun vəziyyəti ilə bağlı ümidverici məlumat paylaşıb.
Publika.az xəbər verir ki, Mərakeş əsilli niderlandlı yarımmüdafiəçi 2017-ci ildə “Verder Bremen”ə qarşı keçirilən yoxlama matçında yerə yıxılmışdı. Həmin vaxt onun cəmi 20 yaşı var idi.
Oksigen çatışmazlığı səbəbindən ağır beyin zədəsi alan futbolçu təxminən üç il komada qalıb. Qardaşının sözlərinə görə, hazırda onun səhhəti yaxşılaşmış kimi görünür.
Nurinin qardaşı “Foot Mercato”ya açıqlamasında deyib: “Vəziyyəti yaxşıdır, stabildir. Xüsusilə ilkin vəziyyəti ilə müqayisədə bunu demək olar. Qardaşım hadisədən sonra Niderlanda qayıdanda çox çətin dövr idi. Həmin vaxtla müqayisədə indi vəziyyət xeyli yaxşıdır.”
Qardaşı həmçinin son dərəcə duyğulu bir xatirəni yada salıb: Nurinin qəzadan üç il sonra ilk dəfə öz-özünə gülümsəməsini.
Ailə bir araya gəldiyi zaman edilən zarafatın sabiq futbolçunu güldürdüyü məlum olub. Qardaşı deyib: “Bu gün də onun gülüşünün başqalarının gülüşündən tamamilə fərqli bir mənası var. Bu, onun bizi tanıdığının və başa düşdüyünün təsdiqi kimi idi.”
Nurinin hekayəsi Niderland futboluna, xüsusilə də sabiq futbolçusunun xatirəsinə 34 nömrəli formanı dövriyyədən çıxaran “Ayaks”a dərindən təsir edib.
-
İqtisadi gündəm09:50Mərkəzi Bankdan kreditlərlə bağlı - QƏRAR
-
Nida Xəbər 09:35XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi
-
Avto07:15İkinci əl avtomobil almaq istəyənlərə şad xəbər - Video
-
Ekopublika.az05:45“Nvidia” rəhbərinin 162 milyard dollarlıq sərvəti gündəmdə - Tarixin ən bahalı boşanması baş verəcək?
-
Qoroskop01:20Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün yeni həyat başlayır
-
Dünya00:27Türkiyədə zavodda partlayış: ölənlərin sayı artdı - Yeniləndi
-
Avropa9 Noyabr 23:55700 supermarketə hücumun arxasında İran dayanır - Fransadan ittiham
-
Elm və təhsil9 Noyabr 23:05Abituriyentlər iki fəndən imtahan verəcək? - Ekspertdən AÇIQLAMA







.webp)




.jpg)










.jpg)






.jpg)



