İdman
Bakıdan vəd verildi: Rusları qonaqpərvərliklə qarşılayacaqlar
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti bildirib ki, onlar Bakıda keçiriləcək Dünya Çempionatında rusiyalılar da daxil olmaqla, bütün iştirakçıları qonaqpərvərliklə qarşılamaq niyyətindədirlər.
Publika.az xəbər verir ki, Dünya çempionatı 4-11 oktyabr tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək. Rusiya komandası 23 idmançı ilə təmsil olunacaq - 12 kişi və 11 qadın. Rusiya idmançıları turnirdə bayraq və himnlə çıxış edəcəklər.
Bu , Rusiya komandasının diskvalifikasiyadan sonra öz bayrağı və himni altında yarışacağı ilk Dünya Çempionatı olacaq.
“İdmançıların beynəlxalq yarışlara uyğunluğu ilə bağlı qərarlar Beynəlxalq Cüdo Federasiyasının (IJF) səlahiyyətlərinə aiddir.
Ev sahibi ölkə olaraq, Azərbaycan Cüdo Federasiyası IJF-nin qərarlarına və bu beynəlxalq təşkilat tərəfindən müəyyən edilmiş yarış qaydalarına hörmətlə yanaşır. Əsas məqsədimiz Dünya Çempionatında iştirak etmək hüququ olan bütün nümayəndə heyətləri üçün bərabər, təhlükəsiz və yüksək keyfiyyətli şərait təmin etməkdir. Bakıda keçiriləcək Dünya Çempionatında 600-dən çox idmançının iştirakı gözlənilir. Azərbaycan bütün iştirakçıları böyük qonaqpərvərlik və peşəkarlıqla qarşılayacaq. Bizim prioritetimiz cüdoya, tatamidəki görüşlərə və idmanımızın təməlini təşkil edən qarşılıqlı hörmət dəyərlərinə diqqət yetirməkdir”, - Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən “Match TV”-yə bildirilib.
Müəllif: Tural
-
İqtisadi gündəm09:50Mərkəzi Bankdan kreditlərlə bağlı - QƏRAR
-
Nida Xəbər 09:35XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi
-
Avto07:15İkinci əl avtomobil almaq istəyənlərə şad xəbər - Video
-
Ekopublika.az05:45“Nvidia” rəhbərinin 162 milyard dollarlıq sərvəti gündəmdə - Tarixin ən bahalı boşanması baş verəcək?
-
Qoroskop01:20Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün yeni həyat başlayır
-
Dünya00:27Türkiyədə zavodda partlayış: ölənlərin sayı artdı - Yeniləndi
-
Avropa9 Noyabr 23:55700 supermarketə hücumun arxasında İran dayanır - Fransadan ittiham
-
Elm və təhsil9 Noyabr 23:05Abituriyentlər iki fəndən imtahan verəcək? - Ekspertdən AÇIQLAMA







.webp)




.jpg)










.jpg)






.jpg)



