İdman
Poçettinodan “Siti”yə qarşı ittihamlara reaksiya: Bəs nəzarət harada idi?
ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino “Mançester Siti” ilə bağlı vəziyyətə emosional reaksiya verib.
Publika.az xəbər verir ki, “The Athletic” Poçettinodan sitat gətirib:
“Hansı cəza ədalətli olardı? Axı fərqli vəziyyətlərdə, fərqli işlərdə olan, lakin qaydaları pozan və xalların silinməsi və ya iqtisadi sanksiyalarla cəzalandırılan digər klublar da var – “Nottinqem Forest”, “Everton” və s. Bu çox mürəkkəbdir.
114 qayda pozuntusuna istinad edən qərar qəbul edildikdə aldığınız təəccüb hissi budur. Necə? Bu necə baş verdi? Ən əsası onun necə düzəldiləcəyidir, çünki məsələ təkcə kimin pozuntulara yol verməsi, kimin qaydaları pozması ilə bağlı deyil… Bəs nəzarət necə idi? Harada idi? Məni ən çox təsirləndirən də bu idi: nəzarət harada idi?”
Sentyabrın 25-də müstəqil komissiyanın “Siti”ni 114 maliyyə pozuntusunda günahkar bildiyi bildirildi. Cəzalardan biri Premyer Liqadan kənarlaşdırılmanı da əhatə edə bilər. Həmçinin qeyd edilib ki, “şəhərlilər” apelyasiya şikayəti verəcək.
Xatırladaq ki , Poçettino Premyer Liqada “Sauthempton”, “Tottenhem” və “Çelsi” klublarını çalışdırıb.
-
İqtisadi gündəm09:50Mərkəzi Bankdan kreditlərlə bağlı - QƏRAR
-
Nida Xəbər 09:35XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi
-
Avto07:15İkinci əl avtomobil almaq istəyənlərə şad xəbər - Video
-
Ekopublika.az05:45“Nvidia” rəhbərinin 162 milyard dollarlıq sərvəti gündəmdə - Tarixin ən bahalı boşanması baş verəcək?
-
Qoroskop01:20Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün yeni həyat başlayır
-
Dünya00:27Türkiyədə zavodda partlayış: ölənlərin sayı artdı - Yeniləndi
-
Avropa9 Noyabr 23:55700 supermarketə hücumun arxasında İran dayanır - Fransadan ittiham
-
Elm və təhsil9 Noyabr 23:05Abituriyentlər iki fəndən imtahan verəcək? - Ekspertdən AÇIQLAMA







.webp)




.jpg)










.jpg)






.jpg)



