İdman
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil oldu
Azərbaycan tennisçisi Tamerlan Əzizov “M15 Baku” beynəlxalq tennis turnirində uğurla çıxış edib.
Publika.az Azərbaycan Tennis və Padel Federasiyasına istinadla xəbər verir ki, təmsilçimiz turnirdə ilk matçında qələbə qazanıb və növbəti mərhələyə vəsiqəni təmin edib.
Peşəkar karyerasında mühüm uğura imza atan T.Əzizov bu nəticə ilə həm tək, həm də cütlər kateqoriyasında ilk ATP reytinq xallarını qazanıb. Hazırda o, hər iki kateqoriya üzrə ATP reytinq siyahısında yer alan yeganə milli oyunçudur.
Qeyd edək ki, ATP xalı kişi tennisçilərin rəsmi turnirlərdə əldə etdikləri nəticələrə əsasən verilən reytinq xalıdır. Son 52 həftənin göstəricilərini əks etdirən bu reytinq idmançıların dünya üzrə sıralamasını müəyyənləşdirir və onların beynəlxalq turnirlərə qatılmaq imkanlarına təsir göstərir. İlk ATP xalının qazanılması peşəkar dünya reytinqinə inteqrasiya baxımından əhəmiyyətli addım hesab olunur.
-
İqtisadi gündəm09:50Mərkəzi Bankdan kreditlərlə bağlı - QƏRAR
-
Nida Xəbər 09:35XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi
-
Avto07:15İkinci əl avtomobil almaq istəyənlərə şad xəbər - Video
-
Ekopublika.az05:45“Nvidia” rəhbərinin 162 milyard dollarlıq sərvəti gündəmdə - Tarixin ən bahalı boşanması baş verəcək?
-
Qoroskop01:20Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün yeni həyat başlayır
-
Dünya00:27Türkiyədə zavodda partlayış: ölənlərin sayı artdı - Yeniləndi
-
Avropa9 Noyabr 23:55700 supermarketə hücumun arxasında İran dayanır - Fransadan ittiham
-
Elm və təhsil9 Noyabr 23:05Abituriyentlər iki fəndən imtahan verəcək? - Ekspertdən AÇIQLAMA







.webp)















.jpg)






.jpg)



