İdman
230 milyon funtluq model: “Liverpul”un gənc futbolçulardan qazancı necə artır?
“Liverpul” son illərdə gənc futbolçuların axtarışını yalnız Avropa ilə məhdudlaşdırmır və dünyanın müxtəlif ölkələrindən perspektivli oyunçuları akademiyasına cəlb etmək üçün investisiyalarını artırır.
Publika.az xəbər verir ki, klub 2020-ci ildən etibarən aşağı yaş komandalarında çıxış etmiş futbolçuların satışından 230 milyon funt sterlinqdən çox gəlir əldə edib. Bu vəsait klubun özünü maliyyələşdirmə modelinin əsas elementlərindən biri hesab olunur.
“Liverpul”da hesab edirlər ki, ötən yay bir sıra gənc istedadların satılmasından sonra akademiyadakı futbolçu ehtiyatının yenidən gücləndirilməsinə ehtiyac yaranıb. “Brexit”dən sonra isə İngiltərədə yetişdirilən gənc futbolçuların qiymətinin artması klubu xarici bazarlara daha geniş şəkildə yönəldib.
FIFA qaydalarına əsasən, beynəlxalq transferlərdə futbolçuların 18 yaşdan aşağı olması ciddi məhdudiyyətlər yaradır. “Brexit”dən sonra İngiltərə klublarının Avropa ölkələrindən 18 yaşdan aşağı futbolçuları birbaşa transfer etməsinə də icazə verilmir.
Bu səbəbdən “Liverpul”un 2024-cü ildən Mett Nyuberrinin rəhbərlik etdiyi qlobal istedadlar departamenti dünyanın müxtəlif bölgələrində gənc futbolçuları izləyir. Klubun regional skaut şəbəkəsi vasitəsilə perspektivli oyunçular müəyyənləşdirilir.
“Liverpul” akademiyasının direktoru Aleks İnqlethorp bildirib ki, kluba cəlb olunan hər futbolçu üçün əsas məqsəd onun gələcəkdə əsas komandada çıxış etməsidir.
Strategiyanın diqqətçəkən nümunələrindən biri Seneqaldan olan Mor Talla Ndiayedir. Küçələrdə futbol oynayan Ndiaye əvvəlcə Bousports Akademiyasında, daha sonra Amitie klubunda çıxış edib. “Liverpul” 18 yaşlı solayaqlı mərkəz müdafiəçisini bu ilin yanvarında təxminən 1 milyon funt sterlinqə və əlavə ödənişlərlə transfer edib.
Klubun skautları Ndiayeni ötən qış Qətərdə keçirilən U-17 dünya çempionatında izləyiblər. Daha sonra futbolçunun ailəsi və onu yetişdirən şəxslərlə görüşlər keçirilib. Ndiaye “Liverpul”u seçməsində klubun ona təqdim etdiyi inkişaf yolunun əsas amil olduğunu bildirib.
“Liverpul” eyni turnirdən sonra digər mərkəz müdafiəçisi, avstriyalı İfeanyi Ndukveni də 2,6 milyon funt sterlinqə transfer edib. 18 yaşlı futbolçu hazırda iş icazəsi almaq məqsədilə İspaniyanın “Levante” klubunda icarə əsasında çıxış edir.
Klubun diqqətində olan digər futbolçular arasında kolumbiyalı 17 yaşlı yarımmüdafiəçi Samuel Martinez də var. Onun atası futbolçunun transferi üçün dünyanın müxtəlif ölkələrindən 30 təklif aldıqlarını bildirib. Martinez gələn yay “Liverpul”a qoşulacaq.
Bundan başqa, belçikalı qapıçı Lucca Brughmans və fransalı hücumçu Djylian N’Guessan da “Liverpul”la razılığa gəlib. Hər iki futbolçunun 2027-ci ildə komandaya daimi şəkildə qoşulması planlaşdırılır.
Klub hesab edir ki, müasir futbolda istedadları erkən aşkar etmək çətinləşsə də, axtarış coğrafiyasını genişləndirmək və dünyanın daha az araşdırılan futbol bazarlarına daxil olmaq “Liverpul”a gələcək ulduzları rəqiblərindən əvvəl müəyyənləşdirmək imkanı verə bilər.
-
Magazin106:16Nübar bu kanalda çalışacaq
-
Art05:45Sizi qızışdırmağa çalışanlara qarşı bu 5 addımı atın
-
Avropa05:15Ukraynanın dövlət borcu yeni rekord həddə çatdı
-
Hadisə02:42Xəzər dənizində zəlzələ baş verdi
-
ABŞ02:12Tramp süni intellekt şirkətləri rəhbərləri ilə görüşür
-
Qoroskop00:15Günün ULDUZ FALI
-
Magazin100:00"Məni silkələyən ikinci belə hadisə olmayıb" - Murad Dadaşov
-
Ekologiya29 Sentyabr 23:36Naxçıvana ilk qar yağdı - VİDEO


































