İdman
Azərbaycan klubları Avropa futbolunun mötəbər tədbirində - FOTOLAR
Avropa Futbol Klublarının (EFC) 33-cü Baş Assambleyası keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə quruma üzv olan Azərbaycan klublarının nümayəndələri də iştirak ediblər.
Azərbaycanı Assambleyada “Qarabağ”, “Sabah”, “Neftçi”, “Zirə”, “Turan Tovuz”, “Sumqayıt”, “Şəfa” və “İmişli” klublarının rəsmiləri təmsil edirlər. “Araz-Naxçıvan” isə üzrlü səbəbdən tədbirə qatılmayıb.
Tədbirdə EFC prezidenti Nassir Əl-Xelaifi, UEFA prezidenti Aleksander Çeferin iştirak ediblər.
Qeyd edək ki, özündə 900-dən çox klubu birləşdirən Avropa Futbol Klubları qitənin peşəkar futbol klublarını təmsil edən, UEFA və FİFA tərəfindən tanınan klub təşkilatıdır. Qurumun qərarverici orqanı olan İcraiyyə Komitəsinin üzvləri sırasında “Qarabağ” klubunun İdarə Heyətinin üzvü Asif Əsgərov da var.
Baş Assambleyada Avropa klub futbolunun aktual məsələləri, klubların maraqlarının qorunması və beynəlxalq futbol qurumları ilə əməkdaşlıq müzakirə olunub.



-
İqtisadi gündəm09:50Mərkəzi Bankdan kreditlərlə bağlı - QƏRAR
-
Nida Xəbər 09:35XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi
-
Avto07:15İkinci əl avtomobil almaq istəyənlərə şad xəbər - Video
-
Ekopublika.az05:45“Nvidia” rəhbərinin 162 milyard dollarlıq sərvəti gündəmdə - Tarixin ən bahalı boşanması baş verəcək?
-
Qoroskop01:20Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün yeni həyat başlayır
-
Dünya00:27Türkiyədə zavodda partlayış: ölənlərin sayı artdı - Yeniləndi
-
Avropa9 Noyabr 23:55700 supermarketə hücumun arxasında İran dayanır - Fransadan ittiham
-
Elm və təhsil9 Noyabr 23:05Abituriyentlər iki fəndən imtahan verəcək? - Ekspertdən AÇIQLAMA







.webp)















.jpg)






.jpg)



