Ronaldo onunla Malmödə oteldə görüşdü - Mübahisə həll edildi
Bizi izləyin

İdman

Ronaldo onunla Malmödə oteldə görüşdü - Mübahisə həll edildi

Ronaldo onunla Malmödə oteldə görüşdü - Mübahisə həll edildi

Portuqaliya millisinin baş məşqçisi Xorxe Jesus və komandanın kapitanı Kriştiano Ronaldo UEFA Millətlər Liqasının ikinci turunda Portuqaliyanın Norveç üzərində 2-1 hesablı qələbəsindən sonra yaranan mübahisəni həll etmək üçün Malmödəki oteldə görüşüblər.

Publika.az xəbər verir ki, bu barədə "A Bola" məlumat yayıb. Mənbənin məlumatına görə, Jesus və Ronaldo arasında söhbət uğurlu alınıb və bu, Norveçlə oyundan sonra yaranan gərginliyin aradan qalxacağına ümid yaradıb.

Ronaldo Norveçə qarşı bütün oyunda ehtiyat oyunçular skamyasında oturmaq məcburiyyətində qalıb.

O vaxtdan bəri Ronaldo komanda ilə məşq etmir, yalnız idman zalında məşqlər keçirir, bu da heyətdə narahatlıq yaradır və kapitanın rolu ilə bağlı müzakirələri yenidən alovlandırır.

Cümə axşamı, 1 oktyabr tarixində Portuqaliya Millətlər Liqasının üçüncü turunda Danimarka ilə qarşılaşacaq.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm