İdman
Arvadından boşanan dünya çempionu müflis olub, medallarını satır
İngiltərə reqbi millisinin keçmiş kapitanı və 2003-cü il Dünya Kubokunun qalibi Lourens Dallaqlio iflas təhlükəsi ilə üzləşdiyi üçün medallarını satışa çıxarıb.
Publika.az xəbər verir ki, bu barədə “The Independent” qəzeti məlumat yayıb.
Keçən il Dallaqlio, Böyük Britaniya vergi orqanlarına yüz minlərlə funt sterlinq borcu olduğu üçün müflis olduğunu elan etdi. Keçmiş idmançı həyat yoldaşından boşanması nəticəsində maliyyə çətinlikləri ilə üzləşdiyini açıqladı.
O, maliyyə problemlərini həll etmək üçün oynadığı müddətdə qazandığı kubokları satmaq qərarına gəlib. Onun 2003-cü il Dünya Kubokunun qalibi medalının dəyəri 50.000 ilə 80.000 funt sterlinq arasındadır ( 58.316 və 93.305 avro) .
Dallaqlio 2007-ci il Dünya Kubokunun vitse-çempionluq medalına görə təxminən 10.000 funt sterlinq ala bilər. İngiltərə millisinin keçmiş kapitanının bütün medallarının ümumi dəyəri 180.000 funt sterlinq olaraq qiymətləndirilir.
Qeyd etmək lazımdır ki, Lourens Dallaqlio 1995-2007-ci illər arasında İngiltərə millisində 85 oyun keçirib.
-
Nəqliyyat20:48Azərbaycanda qəza riski yüksək olan yolların xəritəsi hazırlanır - Sürücüləri nə gözləyir?
-
Avropa19:10Yarım milyon insan küçələrə axışa bilər - Fransada etiraz dalğası böyüyür
-
Nida Xəbər 18:40Azərbaycanda daha bir cərimənin məbləği azaldılır
-
Nida Xəbər 16:30Özbəkistan Prezidenti İlham Əliyevə təşəkkür etdi
-
MDB16:10Kiçik Ermənistan üçün çox deyil? - ABŞ səfirliyinin heyəti Moskvanı heyrətləndirib
-
MDB14:52Onlar Zelenskinin istəyini Putinə çatdırdılar: Bu məsələni təkbətək görüşdə həll edək
-
Nida Xəbər 13:30Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 12:27Bu şəxslər hərbi çağırışdan azad ediləcək















.jpg)




















.jpg)
.jpg)