İdman
Lixtenşteyn millisinin baş məşqçisi: “Sabahkı oyunun favoriti Azərbaycandır”
Lixtenşteyn milli komandası UEFA Millətlər Liqası D2 qrupu çərçivəsində sabah Bakıda Azərbaycan yığması ilə üz-üzə gələcək.
Publika.az xəbər verir ki, qonaq komandanın baş məşqçisi Konrad Fünfştük matçdan əvvəl keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.
– Üç gün əvvəl Maltayla oynadıq. Azərbaycanla oyunu səbirsizliklə gözləyirik. Yaxşı hazırlaşmışıq. Düşünürəm ki, müsbət nəticə əldə edə biləcəyik. Rəqibin Litva ilə oyununu təhlil etmişik. Onlar cütün favoritidirlər. Lakin sabah hər şeyin necə olacağını görəcəyik. Azərbaycan yığması yarımmüdafiədə və hücumda təhlükəlidir. Zədəli oyunçularımız yoxdur. Bu da bizim üçün çox vacibdir.
– 25 il əvvəl Lixtenşteyn millisində Azərbaycana qarşı yarıpeşəkar futbolçular oynayırdılar. İndi vəziyyət necədir?
– Bu gün də vəziyyət eynidir. Bizdə hələ də bir çoxunun futboldan başqa digər peşələri də var. Sizin futbolçularınız Çempionatlar Liqasında çıxış etmək təcrübəsinə malikdirlər. Biz bunu bilirik.
– Son oyunlarınızda müsbət nəticələriniz azdır. Sabah nə etməyi düşünürsünüz?
– Biz 40 min əhalisi olan cırtdan ölkəyik. Sabahkı oyunun favoriti Azərbaycandır. Biz təkcə nəticə haqqında düşünmürük, həm də yaxşı oyun nümayiş etdirmək istəyirik. Sabah azarkeşlərə göstərmək istəyirik ki, biz də pis komanda deyilik.
-
İqtisadi gündəm09:50Mərkəzi Bankdan kreditlərlə bağlı - QƏRAR
-
Nida Xəbər 09:35XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi
-
Avto07:15İkinci əl avtomobil almaq istəyənlərə şad xəbər - Video
-
Ekopublika.az05:45“Nvidia” rəhbərinin 162 milyard dollarlıq sərvəti gündəmdə - Tarixin ən bahalı boşanması baş verəcək?
-
Qoroskop01:20Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün yeni həyat başlayır
-
Dünya00:27Türkiyədə zavodda partlayış: ölənlərin sayı artdı - Yeniləndi
-
Avropa9 Noyabr 23:55700 supermarketə hücumun arxasında İran dayanır - Fransadan ittiham
-
Elm və təhsil9 Noyabr 23:05Abituriyentlər iki fəndən imtahan verəcək? - Ekspertdən AÇIQLAMA







.webp)















.jpg)






.jpg)



