İdman
“Bayern”dən Oliseyə xəbərdarlıq
“Bayern” Münhendə çıxış edən Maykl Olisenin ictimaiyyət qarşısındakı davranışları klub daxilində müzakirə mövzusuna çevrilib.
Publika.az xəbər verir ki, “Sport Bild”in məlumatına görə, Almaniya klubunun rəhbərliyi fransalı futbolçunun niyə media və azarkeşlərlə ünsiyyətdə belə qapalı davrandığını anlamaq üçün onun məsləhətçisi Qlen Tveneboa ilə görüş keçirib.
Olise 2024-cü ildə “Bayern”ə keçdikdən sonra soyuqqanlı davranışları ilə diqqət çəkib və “Mister Nonchalant” ləqəbi qazanıb. Çempionluq qeyd etmələri zamanı kənarda qalması, hətta telefonda şahmat oynaması onun diqqətsiz davrandığı barədə fikirlərə səbəb olub. Matçlardan sonra jurnalistlərə verdiyi qısa cavablar da tez-tez diqqət çəkir.
Məlumata görə, klub rəhbərliyi bu davranışların “Bayern”in ictimai imicinə mümkün mənfi təsirinin qarşısını almaq istəyib. Görüşdən sonra klub daxilində Olisenin komanda yoldaşları ilə münasibətdə tamamilə fərqli davrandığı bildirilib.
“Sport Bild” yazır ki, komanda yoldaşları da 24 yaşlı futbolçunun ictimaiyyət qarşısındakı davranışlarını müşahidə ediblər. Klub daxilində Olisenin tanımadığı insanlarla ünsiyyət qurmaqda çətinlik çəkdiyi və bunun bəzən onun davranışlarında özünü göstərdiyi qeyd olunur.
Bununla belə, futbolçunun özünün təkəbbürlü görünmək və ya “superulduz davranışı” nümayiş etdirmək istəmədiyi bildirilir.
Bu görüşdən sonra tərəflər arasında yeni müqavilə ilə bağlı danışıqların da gündəmə gələcəyi gözlənilir.
Olisenin hazırkı müqaviləsi 2029-cu ilə qədər qüvvədədir. “Bayern”in isə futbolçu ilə anlaşmanı 2032-ci ilədək uzatmaq istədiyi və onu klubun ən çox qazanan oyunçuları sırasına daxil etməyə hazırlaşdığı bildirilir.
Məlumata görə, Olisenin hazırda illik qazancı təxminən 14 milyon avrodur. Yeni müqavilə imzaladığı halda bu məbləğin illik 25 milyon avroyadək yüksələ biləcəyi iddia olunur. Bu rəqəm Harri Keyn və Camal Musiala ilə eyni səviyyədədir.
Lakin Olise tərəfinin yeni müqavilə üçün əsas şərt kimi sərbəst qalma maddəsinin əlavə edilməsini tələb etdiyi bildirilir. Futbolçunun “Kristal Pelas”da da belə maddəsi olub və “Bayern” 2024-cü ilin yayında onun 53 milyon avroluq sərbəst qalma bəndindən istifadə edərək transferi həyata keçirib.
Hazırda isə Olisenin “Bayern”lə müqaviləsində belə bir maddənin olmadığı qeyd olunur. Klubun idman direktoru Maks Eberl də bunu təsdiqləyib.
“Sport Bild”in məlumatına görə, “Real Madrid” və “Liverpul” Olise ilə maraqlanan klublar arasında yer alır.
Fransalı futbolçu “Bayern”dən ayrılacağı təqdirdə Münhen klubunun “Liverpul”da çıxış edən Florian Vitsə yenidən maraq göstərə biləcəyi iddia olunur. Alman yarımmüdafiəçi daha əvvəl “Bayern”in əsas transfer hədəflərindən biri olub.
“Bayern”də isə Olisenin gələcəyi ilə bağlı qərarın yaxın aylarda verilməsi gözlənilir. Klubun idman direktoru Maks Eberl sentyabr ayında futbolçunun yeni müqaviləyə münasibətinin gələn yaya qədər aydınlaşmalı olduğunu bildirib.
-
İdman22:32Ronaldo millinin düşərgəsini tərk etdi, Madridə getdi - Onunla mübahisə edib?
-
Dünya21:39Terror cəhdi: Pilot təyyarəni qəsdən qəzaya uğratmaq istəyib - Yeni detalllar
-
Sosial19:00Limit 20 mindən 50 minə qaldırıldı: Gələn ildən... - Yeniləndi
-
Ekologiya18:10Oktyabrın ilk günlərində leysan olacaq - Xəbərdarlıq
-
Nida Xəbər 16:22Bu şəxslər dövlət qulluğunda vəzifə tuta bilməyəcək
-
Yaxın Şərq13:20Qan içində olan sərnişin: “Qaçırılan” təyyarədən ilk FOTO yayıldı
-
Nida Xəbər 12:33Azərbaycan və İordaniya arasında viza rejimi aradan qaldırılır
-
Nida Xəbər 12:18Deputat ailələr üçün tələb irəli sürdü: Mənzil, bağça, təhsil və...













.webp)



.jpg)








.jpg)








