Polisin məktubuna cavab vermədi, cərimə olundu
Bizi izləyin

İdman

Polisin məktubuna cavab vermədi, cərimə olundu

Polisin məktubuna cavab vermədi, cərimə olundu

“İnter”in müdafiəçisi Con Stounz İngiltərə millisinin heyətində olduğu müddətdə polisdən göndərilən məktuba vaxtında cavab vermədiyi üçün məhkəmə qarşısına çıxarılıb.

Publika.az xəbər verir ki, “The Independent”in məlumatına görə, 32 yaşlı futbolçu may ayında Çeşirdəki evinin yaxınlığında avtomobili ilə 30 mil/saat (təxminən 48 km/saat) sürət həddi olan yolda 43 mil/saat (təxminən 69 km/saat) sürətlə hərəkət edərkən saxlanılıb.

Stounz polis əməkdaşları ilə ilk əlaqə zamanı avtomobili özünün idarə etdiyini təsdiqləyib. Lakin ona göndərilən ikinci məktuba cavab verməyib. Həmin məktubda futbolçuya məhkəməyə getmədən sabit cəriməni ödəmək imkanı təklif olunub.

Məktuba cavab verilmədiyi üçün iş məhkəməyə göndərilib. Nəticədə hakim futbolçuya 4 cərimə balı yazıb və 666 funt sterlinq cərimə kəsib. Bundan başqa, Stounz 120 funt sterlinq məhkəmə xərci və 266 funt sterlinq əlavə ödəniş də etməlidir.

Stounz məhkəməyə göndərdiyi yazılı açıqlamada sürət həddini aşması ilə bağlı ittihamı tam qəbul edib. O, polis məktubuna cavab verməməsinin səbəbini həmin dövrdə İngiltərə millisinin heyətində olması ilə izah edib.

Futbolçu bildirib ki, mayın 28-də sürücülük məlumatlarını təqdim etdikdən sonra milli komandanın düşərgəsinə qoşulmaq üçün ölkədən ayrılıb və iyulun 19-dək İngiltərə millisinin düşərgəsində olub.

Stounz məktubunda qeyd edib: “Sürət həddini aşma ilə bağlı deyəcək heç nəyim yoxdur. Hazırda bu işə cavab verməyimin səbəbi futbol üzrə ölkəmi təmsil etməyim və buna görə də evdə olmamağım, məktubları görməməyimdir”.

Futbolçu daha sonra Dünya Çempionatından sonra istirahətə getdiyini, ardınca isə İtaliyanın “İnter” klubuna transfer olduğunu bildirib.

Stounzun sözlərinə görə, bütün bu müddət ərzində İngiltərədəki evi təxminən dörd ay boş qalıb və hüquqi məktublar onun diqqətindən kənarda qalıb.

“Tətilə getdim, daha sonra Milana köçdüm. Buna görə də vəziyyət təsadüfən ortaya çıxdı. Artıq ölkədə yaşamamağım səbəbindən məhkəmə iclasında iştirak edə bilmədim”, deyə futbolçu bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm