İdman
Dünyanın ən böyük tərk edilmiş stadionu dağılır
Əfsanəvi “Strahov” stadionu (Great Strahov Stadium) Praqanın (Çexiya) tarixi mərkəzinin üzərində, şəhərin müasir mərkəzindən cəmi bir neçə kilometr məsafədə yerləşir. Vaxtilə burada 250 min tamaşaçı yerləşə bilirdi.
Publika.az xəbər verir ki, bu barədə “Mirror Football” yazır.
1926-cı ildə inşa edilən obyekt əvvəlcə sinxron hərəkətlər yerinə yetirən gimnastların kütləvi çıxışları üçün nəzərdə tutulmuşdu. Lakin illər ərzində stadionun təyinatı dəfələrlə dəyişib. İctimai tədbirlər zamanı arena 250 min tamaşaçı qəbul edə bilirdi.
Maraqlıdır ki, oturacaq yerlərinin sayı təxminən 56 min olub və futbol matçları keçirilərkən bu rəqəm daha da azalardı. Buna baxmayaraq, bu göstərici “Fortuna Arena”nın tutumundan xeyli çoxdur.
Hazırda stadion təmirə ehtiyac duyur. Tribunalar baxımsız vəziyyətə düşüb və yaşıllıqlarla örtülüb. Buna səbəb 2019-cu ildən etibarən burada rəsmi idman yarışlarının keçirilməməsidir.
Bununla belə, obyekt hələ də istifadə olunur. Son dövrlərdə stadion Praqanın “Sparta” klubunun məşq bazası kimi fəaliyyət göstərib. Kompleksin nəhəng meydançasında səkkiz tam ölçülü futbol meydançası və bir neçə futzal meydançası yerləşdirmək mümkündür.
Kompleks Praqa şəhər administrasiyasına məxsusdur. Görünür, şəhər rəhbərliyi bu böyük ərazidən gələcəkdə necə istifadə edəcəyini nəzərdən keçirir.
Ənənə tərəfdarlarının bir qismi obyektin idman təyinatının qorunmasını və bəlkə də müasir arenaya çevrilməsini istəyir. Digərləri isə ərazini tikinti üçün dəyərli torpaq sahəsi hesab edir.
-
Qoroskop14:10Bu ilin son iki ayında hansı bürclər evlənəcək? - Sevgi və nikah sürprizləri
-
Avropa13:22“Ayaz bəy” batdı – 4 dənizçi gəmini tərk etməkdən imtina etdi
-
Rəsmi xronika12:34Prezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzinə getdi
-
Sosial12:16Yeni doğulan uşağa görə ailələrə 1500 manat veriləcək
-
Ekologiya10:4280 alimin hesabatı yayıldı: Yeri fəlakət gözləyir, qarşısını almaq mümkün olmayacaq
-
Nida Xəbər 10:30Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi - FOTO
-
Dünya10:06Nostradamusun 2027-ci il üçün qorxunc proqnozu: Qlobal fəlakət, maliyyə böhranı...
-
Səhiyyə08:12Ürək tutmasına bənzəyən sindrom - Ürək “qırıla” bilir












.jpg)






.jpg)
















