İdman
İndi bütün dünya buna fırıldaq kimi baxır – Karrager “Siti” haqda
“Liverpul”un keçmiş müdafiəçisi Ceymi Karrager maliyyə pozuntuları ilə bağlı ittihamdan sonra “Mançester Siti” oyunçularına təsəlli verib.
Ötən həftə xəbər yayıldı ki, “Siti” Premyer Liqanın maliyyə qaydalarının pozulması ilə bağlı demək olar ki, bütün ittihamlarda – birindən başqa – günahkar bilinib.
Publika.az xəbər verir ki, Karrager “Bu səhər özünüzü “Mançester Siti” oyunçusunun yerinə qoysanız, ağlından nə keçər?” sualına belə cavab verib:
“Əsəbiləşərdim. “Mançester Siti” oyunçularına görə həqiqətən də təəssüflənirəm. Onların klubunun etdiyi səhv idi. Düşünürəm ki, Premyer Liqa öz bəyanatında bunu “beş dəfə aldatma” adlandırıb.
Bəzi oyunçular hazırda klubu müdafiə edirlər və bu normaldır – onlar üçün hazırda baş verənləri izləmək və karyeralarının böyük bir hissəsinin sual altında olduğunu anlamaq çox çətin olmalıdır, insanlar bunu fırıldaqçılıq adlandıracaqlar.
Bəli, indi oyunçular və keçmiş oyunçular klubu müdafiə edirlər və bu normaldır – siz öz klubunuzu müdafiə etmək istəyirsiniz, klubunuz ailəniz kimidir, onu sona qədər müdafiə edirsiniz. Həm “Siti” azarkeşləri, həm də oyunçular hazırda bunu edirlər.
Amma Kevin De Bruyne kimi oyunçuları düşünün. O, indiyə qədər gördüyüm ən böyük oyunçulardan biridir. O, dünyanın istənilən komandasında oynaya bilərdi və istənilən yerdə ən yaxşılardan biri ola bilərdi. O, bəlkə də maaşına görə “Mançester Siti”ni seçdi, kluba 10 ilini verdi və indi, karyerasının sonunda bütün dünya o dövrə aldatma dövrü kimi baxır. Mən çox qəzəblənərdim.
Xüsusilə də rəhbərlik oyunçulara daim hər şeyin yaxşı olduğunu və klubun heç bir təhlükədə olmadığını dediyi üçün. “Siti rəhbərliyi sadəcə öz oyunçularını, veteranlarını və azarkeşlərini aldadıb” – Karrager bildirib.
-
İdman09:48Bu iki nəfər aeroportda Ronaldonun qarşısını kəsib, onu inandırmağa çalışıblar ki...
-
Sosial09:36Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
-
Qoroskop01:40Günün ulduz falı: Qarşınıza bəzi çətinliklər çıxacaq
-
Magazin100:27Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi - Video
-
İdman30 Sentyabr 22:32Ronaldo millinin düşərgəsini tərk etdi, Madridə getdi - Onunla mübahisə edib?
-
Dünya30 Sentyabr 21:39Terror cəhdi: Pilot təyyarəni qəsdən qəzaya uğratmaq istəyib - Yeni detalllar
-
Sosial30 Sentyabr 19:00Limit 20 mindən 50 minə qaldırıldı: Gələn ildən... - Yeniləndi
-
Ekologiya30 Sentyabr 18:10Oktyabrın ilk günlərində leysan olacaq - Xəbərdarlıq









.webp)








.jpg)














