İdman
Bu iki nəfər aeroportda Ronaldonun qarşısını kəsib, onu inandırmağa çalışıblar ki...
Portuqaliya millisinin baş məşqçisi Xorxe Jesus və Portuqaliya Futbol Federasiyasının prezidenti Pedro Proença birbaşa hava limanında Kriştiano Ronaldonu komandanın düşərgəsini tərk etməməyə razı salmağa çalışıblar.
Publika.az xəbər verir ki, "Marca"nın məlumatına görə, Ronaldonun təyyarəsi Portuqaliya millisinin hazırda yerləşdiyi Kopenhagenə İspaniya vaxtı ilə təxminən saat 22:15-də (Bakı vaxtı ilə saat 00:15) eniş edib və saat 23:35-də (Bakı vaxtı ilə saat 01:35) Madridə yola düşüb.
Jesus və Proensa Kriştianodan sonra hava limanına gəliblər və onu komanda ilə Kopenhagendə qalmağa razı salmağa çalışıblar.
Səylərinə baxmayaraq, 41 yaşlı futbolçu fikrini dəyişməyib, təyyarəyə minib və Danimarkanı tərk edib.
Daha əvvəl Kriştiano açıqlama verərək Portuqaliya millisindən ayrıldığını bildirib və sonradan "bütün həqiqəti deyəcəyinə" söz verib.
Müəllif: Tural
-
İqtisadi gündəm09:50Mərkəzi Bankdan kreditlərlə bağlı - QƏRAR
-
Nida Xəbər 09:35XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi
-
Avto07:15İkinci əl avtomobil almaq istəyənlərə şad xəbər - Video
-
Ekopublika.az05:45“Nvidia” rəhbərinin 162 milyard dollarlıq sərvəti gündəmdə - Tarixin ən bahalı boşanması baş verəcək?
-
Qoroskop01:20Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün yeni həyat başlayır
-
Dünya00:27Türkiyədə zavodda partlayış: ölənlərin sayı artdı - Yeniləndi
-
Avropa9 Noyabr 23:55700 supermarketə hücumun arxasında İran dayanır - Fransadan ittiham
-
Elm və təhsil9 Noyabr 23:05Abituriyentlər iki fəndən imtahan verəcək? - Ekspertdən AÇIQLAMA







.webp)















.jpg)






.jpg)



