İdman
Premyer Liqa çalxalanır: "Siti" rəhbərliyi həbs edilə bilər
İngiltərə Premyer Liqasının müstəqil komissiyasının maliyyə pozuntuları ilə bağlı qərarından sonra “Mançester Siti” rəhbərliyi cinayət məsuliyyətinə cəlb oluna bilər.
Publika.az xəbər verir ki, bu barədə “The Sun” qəzetinin məlumat yayıb.
Komissiyanın aşkar etdiyi qanun pozuntuları təkcə futbol rəsmilərinin deyil, həm də polis və vergi orqanlarının diqqətini cəlb edə bilər. Qeyd olunur ki, belə bir halda “Siti” rəhbərliyi dələduzluğa görə on ilə qədər həbs cəzası ala bilər.
Premyer Liqa daha əvvəl “Siti”nin 2009-2018-ci illər arasında maliyyə pozuntuları ilə bağlı bütün ittihamlarla günahkar bilindiyini açıqlamışdı .
Klub da öz növbəsində günahsız olduğunu və bütün mümkün vasitələrlə özünü müdafiə etməyə hazır olduğunu bəyan edib.
“Mançester Siti”nin müstəqil komissiyanın qərarından apelyasiya şikayəti vermək üçün 2 oktyabra qədər vaxtı var.
-
İdman21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj
-
Nida Xəbər 14:48Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - Siyahı/Foto
-
Nida Xəbər 14:06Zəngəzur dəhlizi boyunca neft və qaz kəmərləri hansı ərazilərdən keçəcək?

















.jpg)

















