Qalmaqala İnfantinonu da qatdılar: “Siti” və PSJ-ni necə qoruyub?
Bizi izləyin

İdman

Qalmaqala İnfantinonu da qatdılar: “Siti” və PSJ-ni necə qoruyub?

Qalmaqala İnfantinonu da qatdılar: “Siti” və PSJ-ni necə qoruyub?

“Football Leaks”in təsisçisi Rui Pinto iddia edir ki, FİFA prezidenti Canni İnfantino “Mançester Siti ” və PSJ-nin maliyyə qaydalarını pozduğuna görə sanksiyalardan yayınmasına kömək edib.

Publika.az xəbər verir ki, Pinto bu barədə “X” sosial media səhifəsində yazıb:

“2014-cü ildə ” Mançester Siti” ilə bağlı qanun pozuntuları barədə artıq məlumatlı biri var idi. Həmin şəxs indi FİFA-ya rəhbərlik edir. O vaxt UEFA-nın baş katibi olan məşhur Canni İnfantino səlahiyyətlərindən sui-istifadə etdi, məxfi sənədləri paylaşdı və İstintaq Palatasını aldatdı, “Mançester Siti” və PSJ-nin sadəcə cərimələnməsini təmin etmək üçün əlindən gələni etdi və Çempionlar Liqasından diskvalifikasiyaya səbəb ola biləcək daha dərin araşdırmadan yayındırdı. Bütün bu detallar futbol sızıntıları sayəsində üzə çıxdı.

UEFA-nın baş katibi və son zamanlar FİFA prezidenti kimi fəaliyyətini nəzərə alsaq, yalnız onu deyə bilərəm ki, Canni İnfantino futbolda xərçəngə çevrilib və onun futbolun gələcəyində yeri yoxdur”.

25 sentyabrda bildirildi ki, komissiya “şəhərlilər”i 115 ittihamdan 114-ü üzrə təqsirli bilib. Cəzalardan biri Premyer Liqadan kənarlaşdırılmanı da əhatə edə bilər .

29 sentyabrda müstəqil komissiya “Mançester Siti”nin günahını təsdiqlədi. Klubun apelyasiya şikayəti vermək üçün 2 oktyabra qədər vaxtı var.

İnfantino 26 fevral 2016-cı ildən, 10 ildən çoxdur ki, FİFA prezidenti vəzifəsində çalışır. Növbəti prezident seçkiləri 2027-ci ilin yazında Mərakeşdə keçiriləcək.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm