İdman
AFFA Lixtenşteynlə oyundakı heç-heçəyə görə bu qədər mükafat verəcək: Fantastik məbləğ
UEFA Millətlər Liqasının qrup mərhələsinin 3-cü turunda Azərbaycan yığması həvəskar futbolçulardan formalaşan Lixtenşteynə qalib gələ bilmədi. Bakıda keçirilən oyun 0:0 hesabı ilə nəticələndi.
Bu oyundan sonra sosial mediada yığmanın futbolçuları və AFFA rəhbərliyi kəskin tənqid olunur.
Milyonlar qazanan azərbaycanlı futbolçuların çilingər və dülgərlərdən ibarət həvəskarlara qalib gələ bilməməyi azarkeşləri qəzəbləndirib.
Gözləmək olardı ki, AFFA bu heç-heçəyə görə futbolçulara mükafat verməyəcək. Amma...
Publika.az-ın AFFA-dakı mənbədən əldə etdiyi məlumata görə, AFFA rəhbərliyi fərqli qərar verib. Lixtenşteynlə oyundakı heç-heçəyə görə futbolçular mükafatlandırılcaq, özü də böyük məbləğdə.
Start heyətində meydana çıxan hər bir oyunçu 15 min, sonradan meydana daxil olanlar 10 min, ehtiyatda qalanlar isə 7 min manat mükafat alacaq.
AFFA rəhbərliyinin qənaətinə görə, mükafat sistemi əvvəlcədən planlaşdırıldığı üçün Lixtenşteynlə oyuna görə də veriləcək. Üstəlik, rəhbərlik bildirib ki, bu, həm də Litva ilə oyun üçün futbolçularda motivasiya yarada bilər.
Qeyd edək ki, AFFA dülgər və çilingərlərə qalib gələ bilməyən milli komandaların saxlanmasına il ərzində 30 milyon manat büdcə ayırıb.
Müəllif: Tural
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Sosial1 Noyabr 23:36Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı

































.jpg)

.jpg)