İdman
Səsimi itirdim, danışa bilmirdim - Ferqyuson həmin hadisəni xatırladı
“Mançester Yunayted”in əfsanəvi keçmiş baş məşqçisi Aleks Ferqyuson 2018-ci ilin may ayında beyin qanaması keçirdikdən sonrakı çətin dövrlə bağlı xatirələrini bölüşüb.
Publika.az xəbər verir ki, həmin vaxt mütəxəssis qorxulu bir nəticə ilə üzləşib: danışmaq qabiliyyətini tamamilə itirib.
“Səsimi itirdim; danışa bilmirdim. Dəhşətli bir an idi”, – deyə Ferqyuson xatırlayıb.
O, reabilitasiya mütəxəssisinin ona problemin öhdəsindən gəlməyə kömək etdiyini söylədi: terapevt ona quşların, heyvanların və çayların adlarını yazmaq üçün tapşırıqlar verib və bu da tədricən səsini bərpa etməyə kömək edib.
Əməliyyatdan dörd ay sonra Ferqyuson “Vulverhempton”la oyununda “Old Trafford” stadionuna qayıtmaq qərarına gəlib.
Daxili qeyri-müəyyənliyinə və azarkeşlərin reaksiyasından narahat olmasına baxmayaraq, tribunalar onu inanılmaz dərəcədə isti qarşılayıb: Ferqyuson və həyat yoldaşı Keyti ayaq üstə alqışlanıblar.
“Həyat yoldaşım yanımda idi və az qala ağlayacaqdı. Oturduğumuz zaman o, “Bu, möhtəşəmdir” dedi”.
Ferqyuson qeyd edib ki, kiçik problemlərə baxmayaraq, özünü olduqca yaxşı hiss edir.
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq


































