İdman
Ondan əvvəl Portuqaliya harada idi? - Ferdinand Ronaldonu müdafiə etdi
“Mançester Yunayted”in keçmiş müdafiəçisi Rio Ferdinand Xorxe Jesusla mübahisəsindən sonra Portuqaliya millisindən ayrılan Kriştiano Ronaldonu dəstəkləyib.
Hadisənin ulduz hücumçunun beynəlxalq karyerasına son qoyduğu barədə şayiələr yayılsa da, hələlik rəsmi açıqlama verilməyib.
Publika.az xəbər verir ki, “Goal” Ferdinandın sözlərini sitat gətirib:
“Kriştiano Ronaldodan əvvəl Portuqaliya harada idi? Onlar nə etdilər? Qazanmaq bir yana qalsın, hətta böyük turnirlərə vəsiqə qazandılarmı?
Bir çox insanın onu son üç-dörd ilə görə qiymətləndirməsi məni qıcıqlandırır. O, hələ də öz yaşıdları üçün fantastik nəticələr göstərir. Hansı liqada olmasından asılı olmayaraq, onlar yenə də inanılmaz nəticələrdir.
Düşünürəm ki, bir çox insanın bir anlıq keçmişə qayıtması lazımdır… Onun “Yuventus”dakı dövrünə, orada nələr etdiyinə, “Real Madrid”dəki dövrünə və “Mançester Yunayted”dəki dövrünə baxın. Sanki üç karyerasını bir yerə yığıb. Üç dünya səviyyəli karyera”.
-
Hadisə19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Nida Xəbər 18:24Azərbaycana qarşı qarayaxma kampaniyası aparan Oktay Saral sabah istefa verəcək
-
Hadisə17:17Deputat Arzuxan Əlizadənin oğlu məhkəməyə belə gətirildi - VİDEO
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO












.jpg)













_(1).jpg)









