İdman
Messi bu klubun sahibi oldu - Detallar
"İnter Mayami"nin argentinalı futbolçusu Lionel Messi İspaniyanın ikinci liqasında çıxış edən "Eldense" klubunun sahibi olub.
Publika.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, Lionel Messi "Eldense" klubunun əvvəlki əsas səhmdarı olan "TH Soluciones Group" şirkətindən səhmləri əldə edib. Tərəflər arasında razılaşmanın maliyyə detalları açıqlanmayıb.
"Eldense"nin açıqlamasında qeyd olunub ki, yeni rəhbərliyin əsas məqsədi klubun idman və institusional inkişafını təmin etmək, həmçinin onun uzunmüddətli perspektivdə mövqeyini gücləndirməkdir.
Qeyd edək ki, Messinin "Eldense"ni alacağı barədə məlumatlar sentyabr ayında yayılmışdı. Sentyabrın 9-da Elda şəhərinin rəhbərliyi argentinalı futbolçunun klubu almaq üçün prinsipial razılığa gəldiyini təsdiqləmişdi.
"Eldense" 1921-ci ildə yaradılıb və hazırda İspaniyanın ikinci liqası olan La Liqa 2-də mübarizə aparır.
Klubun məlumatına görə, sövdələşmənin rəsmiləşdirilməsi İspaniyanın Ali İdman Şurasının təsdiqindən sonra yekunlaşacaq.
-
Magazin200:15Maykl Duqlas Cek Nikolsonun hara yoxa çıxdığını AÇIQLADI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Tezliklə hər şey daha yaxşı olacaq
-
Sosial31 Oktyabr 23:36Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi - FOTO
-
Hadisə31 Oktyabr 22:36Betonqarışdıran maşın körpüyə belə ziyan vurdu - VİDEO
-
Sağlamlıq31 Oktyabr 21:24Şəkərdən daha təhlükəli olan əvəzedicilər - Beyni sürətlə qocaldır
-
İdman31 Oktyabr 20:36“Qarabağ”ın futbolçuları oyun zamanı dalaşdılar - VİDEO
-
Sosial31 Oktyabr 19:12Kəmaləddin Heydərov polkovniki işdən azad etdi
-
Avropa31 Oktyabr 17:11Fransada yaşayış yeri böhranı: 927 evsiz həyatını itirib

































.jpg)
.jpg)
