İdman
İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
Türkiyə millisinin Belçikaya 0:3 hesabı ilə məğlub olduğu UEFA Millətlər Liqası matçından sonra Arda Gülərin çıxışı İspaniya mətbuatında diqqət çəkib.
Publika.az xəbər verir ki, “Diario AS” Türkiyə millisinin uğursuz nəticələrini dəyərləndirərkən “Real Madrid”in futbolçusu Arda Gülərin performansına da yer ayırıb.
Nəşr “Arda Gülərin daimi kabusu!” başlığı ilə dərc etdiyi yazıda milli komandada futbolçunun ardıcıl çətin oyunlar keçirdiyini bildirib. Yazıda Türkiyənin İtaliya, Fransa və Belçika kimi güclü rəqiblərlə qarşılaşmalarda məğlub olduğu, bu görüşlərdə 8 qol buraxıb cəmi 1 qol vurduğu qeyd edilib.
Arda Gülərin Belçika ilə matçda komandasının oyununu yaxşılaşdırmaq üçün fəal çalışdığı vurğulanıb. Nəşr onun meydanın müxtəlif mövqelərində top axtardığını, ötürmələrində riskə getdiyini və sonadək mübarizə apardığını yazıb.
Gülərin 90-cı dəqiqədə cərimə zərbəsindən qola yaxın olduğu, lakin Belçika qapıçısı Senne Lammensin zərbəni dəf etdiyi bildirilib. Bununla belə, “Diario AS” futbolçunun matç ərzində son toxunuşlarda istənilən səviyyədə olmadığını qeyd edib.
Arda Güler Belçika ilə görüşdə aldığı sarı vərəqə səbəbindən Türkiyənin növbəti oyunu olan İtaliya ilə səfər qarşılaşmasında iştirak edə bilməyəcək.
-
Avto07:15İkinci əl avtomobil almaq istəyənlərə şad xəbər - Video
-
Ekopublika.az05:45“Nvidia” rəhbərinin 162 milyard dollarlıq sərvəti gündəmdə - Tarixin ən bahalı boşanması baş verəcək?
-
Qoroskop01:20Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün yeni həyat başlayır
-
Dünya00:27Türkiyədə zavodda partlayış: ölənlərin sayı artdı - Yeniləndi
-
Avropa9 Noyabr 23:55700 supermarketə hücumun arxasında İran dayanır - Fransadan ittiham
-
Elm və təhsil9 Noyabr 23:05Abituriyentlər iki fəndən imtahan verəcək? - Ekspertdən AÇIQLAMA
-
Region9 Noyabr 21:00Ərdoğan zavoddakı partlayışın ağır nəticələrini açıqladı - 16 nəfər öldü
-
Nida Xəbər 9 Noyabr 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi






.webp)









.jpg)

.jpg)
.jpg)






.jpg)





.jpg)



