İdman
Lyubinskas: Azərbaycan və Litva futbolunda tənəzzül yaşanır
Bakıya ilk dəfə 1983-cü ildə “Jalgiris” komandasının gənc məşqçisi kimi gəlmişdim. Hava çox gözəl idi, lakin matç bizim üçün o qədər də uğurlu alınmamışdı və məğlub olmuşduq. Həm 1983-cü, həm də 1984-cü illərdə SSRİ Yüksək Liqasında mübarizə aparırdıq. O dövrdə həm Azərbaycanda, həm də Litvada futbol çox yüksək səviyyədə idi.
Publika.az xəbər verir ki, bu sözləri Tofiq Bəhramov adına Respublika Stadionunun 75 illik yubileyi münasibətilə keçiriləcək “Neftçi” (Azərbaycan) və “Vilnüs” (Litva) veteranları arasındakı yoldaşlıq oyunundan əvvəl litvalı əməkdar məşqçi Algimantas Lyubinskas jurnalistlərə açıqlamasında deyib.
Şəhərin sürətli inkişafının onda xoş təəssüratlar yaradığını deyən litvalı mütəxəssis vurğulayıb: “Bakı müsbət mənada çox dəyişib, müasir və gözəl bir şəhərə çevrilib. Təəssüf ki, hazırda hər iki ölkənin futbolunda tənəzzül yaşanır və sonuncu liqada mübarizə aparırıq. Buna görə də sevinməyə səbəb yoxdur. Lakin bu cür yoldaşlıq görüşləri böyük bayramdır. Burada dostlarım var. Bakı ilə bağlı çox gözəl xatirələrim var”.
Qeyd edək ki, 1951-ci ildə stadionun təntənəli açılış mərasimində məhz bu iki komanda qarşılaşmışdı.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur












.jpg)























.jpg)
.jpg)

