İdman
Ronaldonun qarşısında papağımı çıxarıram! - Zidan
Fransa millisinin baş məşqçisi, əfsanəvi futbolçu Zinəddin Zidan Kriştiano Ronaldo ilə bağlı gündəmdən danışıb.
Publika.az "RMC Sport"a istinadən xəbər verir ki, o, Kriştianoya dərin ehtiram və hörmətini ifadə etmək üçün Ronaldonun qarşısında papağını çıxardığını deyib.
"Biz onun əla karyerasını haqlı olaraq şərəfləndirməliyik. Şansım gətirdi ki, o karyerasında mənimlə də işlədi. O, mənə bir çox titul qazanmağa kömək etdi. Kriştianonun qarşısında papağımı çıxarıram! Həmişə birlikdə vaxt keçirdiyim insanlara böyük hörmət sərgiləyirəm!", - deyə Zidan bildirib.
Xatırladaq ki, bir neçə gündür mediada Ronaldo ilə Portuqaliya millisinin məşqçisi arasında narazılığın yaranması barədə yazılar dərc olunur. Narazılıq ulduz oyunçunun Norveçlə Millətlər Liqasında keçirilən matçdan kənarlaşdırılması və bu istiqamətdə mübahisənin yaranmasından sonra ortaya çıxdı. Portuqaliya Futbol Federasiyasının rəhbəri təcili danışıqlar apardı və mübahisə həll edildi. Lakin Danimarka ilə oyundan əvvəl keçirilən mətbuat konfransında məşqçi Ronaldonun həmin matçı da buraxa biləcəyini etiraf etdi.
Bundan sonra Ronaldo millidə karyerasını bitirdi.
41 yaşlı hücumçu milli komandada iki dünya rekorduna sahib olub.
Portuqaliyanın növbəti oyunu Norveçə qarşı olacaq. Oyun 4 oktyabrda keçiriləcək.
Müəllif: Tural
-
İdman23:00Ronaldonun Messiyə jestləri cavabsız qaldı - Sükut müzakirələrə səbəb oldu
-
Sosial21:24Polad Həşimovun anasının son durumu açıqlandı
-
Magazin220:48“Victoria's Secret”in mələyi okean kənarında bikinidə poza verdi - FOTO
-
Art20:24Niyaməddin Musayevdən maraqlı etiraf
-
Magazin219:48Britni Spirs eks sevgilisinin yeni təklifini rədd etdi
-
Magazin119:12Emin Ağalarov oğlu Mikayılla Dubayda - VİDEO
-
Hadisə17:55Mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanladı
-
Avropa17:44Fransa yenə qarışır - Tələbələr küçələrə çıxacaqlar(FOTO)




























.jpg)








.jpg)
