İdman
Argentina millisi Afrika ölkələrinə qəpik də vermir: Buna hörmət deyirsiniz?
Jurnalist Romain Molina bildirib ki, Argentina Futbol Assosiasiyası Afrikada milli komanda üçün rəqib axtarır, çünki həmin oyunlarda iştirak üçün pul ödəmirlər.
Argentinalılar hazırkı təlim-məşq toplanışında Burkina Faso ilə oynayıəblar və Beninlə qarşılaşacaqlar.
Publika.az xəbər verir ki, Molina sosial mediada yazıb:
“Güclü bir komanda dəvət etsəniz, gəlirin müəyyən faizini, iştirak bonuslarını və əlverişli maliyyə şərtləri tələb edəcəklər və Argentina Federasiyası bunu qətiyyən istəmir. Ona görə də onlar az və ya heç nə istəməyəcəklərini bilərək orta səviyyəli Afrika komandaları axtarırlar. Bəs bütün bu gəliri kim cibinə qoyacaq? Afrika ölkələri yox, Argentina Federasiyasının rəhbərliyi. Məsələ bundadır.
Pul biletlərdən, yeməkdən, mallardan, həmin gün satdığınız hər şeydən, sponsorlardan, reklamdan, televiziya hüquqlarından gəlir… Zambiya və Mavritaniyanın bütün bunlardan nə qazandığını bilirsinizmi? Heç nə. Bilirəm ki, bəzi gizli bəndlərin ola biləcəyini və sair deyəcək tənqidçilər olacaq… Amma müqavilədə heç nə deyilmir, heç nə. Argentina Federasiyası isə milyonlarla dollar qazandı.
O, Afrika komandalarına heç nə vermir. Bu gülməlidir, çünki o, digər Cənubi Amerika və Şimali Amerika komandalarına az da olsa, bir şey verir. Amma Afrika komandalarına heç nə. Afrikada isə insanlar deyirlər: “Baxın, Argentina bizə hörmət edir!” Bəli, əlbəttə ki, onlar digərlərinə pul verirlər, amma sizə heç nə vermirlər. Bəs siz buna hörmət deyirsiniz?”
Müəllif: Tural
-
Avto07:15İkinci əl avtomobil almaq istəyənlərə şad xəbər - Video
-
Ekopublika.az05:45“Nvidia” rəhbərinin 162 milyard dollarlıq sərvəti gündəmdə - Tarixin ən bahalı boşanması baş verəcək?
-
Qoroskop01:20Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün yeni həyat başlayır
-
Dünya00:27Türkiyədə zavodda partlayış: ölənlərin sayı artdı - Yeniləndi
-
Avropa9 Noyabr 23:55700 supermarketə hücumun arxasında İran dayanır - Fransadan ittiham
-
Elm və təhsil9 Noyabr 23:05Abituriyentlər iki fəndən imtahan verəcək? - Ekspertdən AÇIQLAMA
-
Region9 Noyabr 21:00Ərdoğan zavoddakı partlayışın ağır nəticələrini açıqladı - 16 nəfər öldü
-
Nida Xəbər 9 Noyabr 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi






.webp)







.jpg)

.jpg)
.jpg)






.jpg)





.jpg)



