İdman
Üçqat olimpiya çempionunda xərçəng aşkarlandı
Finlandiyalı xizəkçi, üçqat Olimpiya çempionu İivo Niskanenə dəri xərçənginin erkən forması diaqnozu qoyulub.
Publika.az xəbər verir ki, bu barədə Finlandiya Xizək Federasiyasının rəsmi saytında məlumat verilib.
34 yaşlı idmançının sözlərinə görə, may ayında keçirilən müayinə zamanı dermatoloq onun ayağındakı xalın çıxarılmasını tövsiyə edib. Sonrakı müayinələr nəticəsində melanoma aşkar edilib və bundan sonra Niskanenin təsirlənmiş nahiyənin ətrafındakı toxumanın çıxarılması üçün ikinci əməliyyata ehtiyacı olub.
“Xüsusilə də ayağımın əsas alətim olduğunu nəzərə alsaq, çıxarılma yeri çətin idi. İki əməliyyat səbəbindən adi məşq rejimimi dəyişdirməli oldum, ona görə də planlaşdırıldığı kimi milli komandanın yay təlim-məşq toplanışında iştirak edə bilmədim.
Nəticələri gözləmək, əlbəttə ki, stressli idi. Vaxtında müayinə olunduğuma, əla müalicə aldığıma və normal həyatıma və işimə davam edə bildiyimə görə sevinirəm və minnətdaram. Səhhətim barədə daha çox şərh verməyəcəyəm”, – idmançı deyilib.
Niskanen noyabr ayında Finlandiya milli komandasının məşqlərinə qayıtmağı planlaşdırır.
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi























.jpg)















