İdman
Avroliqada səsvermə olacaq: Komanda sayı artırılır
Avroliqanın səhmdar klubları 2027/28 mövsümündən başlayaraq turnirin iştirakçı sayını 24-ə çatdırmaq üçün səsverməyə hazırlaşır.
Publika.az xəbər verir ki, bu barədə “Eurohoops” məlumat yayıb.
Mənbənin məlumatına görə, 13 səhmdar klubunun nümayəndələri İtaliyadakı Komo gölünün sahilində toplaşacaqlar. Genişləndirmə və səkkiz yeni franşiza ilə bağlı səsvermə oktyabrın 6-na planlaşdırılıb.
Bu yerlər uğrunda 13 klub mübarizə aparır: “Red Star”, “Dubay”, “Hapoel Tel Aviv”, “London Lions”, “Napoli”, PAOK, “Paris”, “Partizan”, “Roma Maxima”, “Valensiya”, “Virtus Bolonya”, “Hapoel Jerusalem” və “Aris”.
Görüşün əsas mövzusu Avroliqanın öz inkişaf layihəsi olacaq. NBA və FIBA nümayəndələri iştirak etməyəcək, baxmayaraq ki, Amerika liqasının əməkdaşlıq təklifi də müzakirə olunacaq.
Nəşrin mənbələrinə görə, NBA-nın təklifinə Avroliqanın alınması daxil deyil və onun hazırkı şərtləri hələlik razılığa gəlmək üçün kifayət qədər görünmür.
NBA Avropanın 2027-ci ildə fəaliyyətə başlaması gözlənilir. İki tərəfin birgə turnir yarada biləcəyi və ya Avropanın iki rəqib liqa kimi fəaliyyət göstərəcəyi hələlik məlum deyil.
Müəllif: Tural
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı



















.jpg)

.jpg)














.jpg)