İdman
Türkiyənin "4 böyüklər"i birjada investorlarını məyus etdi - Səhmlər kəskin ucuzlaşdı
Türkiyənin “dörd böyük” futbol klubunun səhmləri ilin üçüncü rübündə investorlarına zərər gətirib.
Publika.az xəbər verir ki, “Anadolu” agentliyinin məlumatına görə, Borsa İstanbulda idman şirkətlərinin səhmlərini əhatə edən indeks üçüncü rübdə 18 faiz dəyər itirib.
Ən böyük geriləmə “Qalatasaray Sportif Sınai ve Ticari Yatırımları”nın səhmlərində qeydə alınıb. Klubun səhmləri üçüncü rübdə 22,5 faiz ucuzlaşıb.
“Qalatasaray”ı 21,3 faiz geriləmə ilə “Fənərbağça Futbol AŞ”, 12,1 faiz azalma ilə “Trabzonspor Sportif Yatırım ve Futbol İşletmeciliği” izləyib. “Beşiktaş Futbol Yatırımları Sanayi ve Ticaret AŞ”nin səhmləri isə bu dövrdə 4,8 faiz dəyər itirib.
Analitiklərin fikrincə, klubların Avropadakı çıxışları, sponsorluq müqavilələri və Türkiyə Super Liqasındakı nəticələri onların birjadakı səhmlərinin göstəricilərinə təsir edən əsas amillərdəndir.
İlin ilk yarısında da dalğalanma yaşanıb
İdman indeksi ilin ilk rübündə 16 faiz geriləyib. Həmin dövrdə “Fənərbağça”nın səhmləri 24,3 faiz, “Trabzonspor”un səhmləri 14 faiz, “Beşiktaş”ın səhmləri 11 faiz, “Qalatasaray”ın səhmləri isə 9,5 faiz ucuzlaşıb.
İkinci rübdə isə idman indeksində 5,3 faiz artım qeydə alınıb. Bu müddətdə “Beşiktaş”ın səhmləri 14,5 faiz, “Fənərbağça”nın səhmləri 14,3 faiz bahalaşıb. “Qalatasaray”ın səhmləri 2,9 faiz, “Trabzonspor”un səhmləri isə 1 faiz ucuzlaşıb.
Ən yüksək bazar dəyəri “Fənərbağça”dadır
Borsa İstanbulda səhmləri satılan dörd klub arasında ən yüksək bazar dəyərinə “Fənərbağça” sahibdir.
Klub sentyabr ayını 14,6 milyard lirə bazar dəyəri ilə başa vurub. “Qalatasaray”ın bazar dəyəri 10,7 milyard lirə, “Beşiktaş”ın 6,9 milyard lirə, “Trabzonspor”un isə 6 milyard lirə təşkil edib.
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?















.jpg)



.jpg)


















