İdman
“Miss Almaniya” rinqə çıxır - FOTOLAR
2022-ci il “Miss Almaniya” müsabiqəsinin qalibi Tatyana Henrix gözlənilməz karyera dönüşünə hazırlaşır.
Publika.az xəbər verir ki, 33 yaşlı model boks keçmişinə qayıtmaq və peşəkar rinqdə döyüşmək qərarına gəlib.
Onun qayıdışı 14 noyabrda Maqdeburqdakı 12.000 nəfərlik arenada “SES Boxing” tərəfindən təşkil edilən turnirdə baş tutacaq və təşkilatçılar rəqibinin adını daha sonra açıqlayacaqlar.
Henrix təkcə podiumda uğur qazanmaqla kifayətlənməyib, həm də yeniyetməlik illərində federal ştatın həvəskar çempionu tituluna sahib olub. İdmançının özünün də etiraf etdiyi kimi, uşaqlıq problemi onu idmana gətirib: “Məktəbdə tez-tez zorlanırdım və özümü qorumağın yolunu tapmaq istəyirdim. Hər şey də elə oradan başladı”.
Robert Ştiqlitsi çempionluq titullarına çatdıran məşhur məşqçi Dirk Dzemski onu döyüşə hazırlayacaq. Tatyana özü modellik karyerasını duruş, qaçış və xoreoqrafiya da daxil olmaqla ciddi məşqlərlə birləşdirərək gənc qadınlar üçün nümunə olmaq istədiyini vurğulayır.



-
Rəsmi xronika16:21Prezident onu sədr təyin etdi - Sərəncam
-
Nida Xəbər 16:06Azərbaycan bir yana, dünya bir yana, nə Fələstini? - Özdil
-
Nida Xəbər 14:38Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi
-
Nida Xəbər 12:19Bu şəxslərə ev təklif ediləcək - Deputat
-
Nida Xəbər 12:13Səbinə Əliyeva yenidən ombudsman seçildi
-
Region11:30Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Hansı nazirliyə nə qədər ayrılacaq?
-
Rəsmi xronika11:28İlham Əliyev Keniyanın Azərbaycandakı yeni səfirini qəbul etdi - FOTO
-
ABŞ09:45Yadplanetlilərin yeri bəlli oldu - ABŞ admiralından sensasion iddia: Orada axtarın








.jpg)

























.jpg)


