İdman
Futbol tarixində yerini bilmir: “Barsa”nın sabiq direktorundan Ronaldoya kinayəli cavab
“Barselona”nın keçmiş direktoru Toni Freyşa Kriştiano Ronaldonun Portuqaliya milli komandasındakı vəziyyətlə bağlı açıqlamasına reaksiya verib.
Publika.az xəbər verir ki, Freyşa sosial mediada yazıb: “Kriştiano Ronaldonun özünü Maradona və Pele ilə müqayisə etməsi iki şey deməkdir: birincisi, o, futbol tarixindəki yerini bilmir, ikincisi isə, heç olmasa artıq özünü Messi ilə müqayisə etməyə cəsarət etmir”.
Xatırladaq ki, 41 yaşlı futbolçu baş məşqçi Xorxe Jesusun onu 27 sentyabrda Norveçlə Millətlər Liqası matçında meydana buraxmamaq qərarından sonra milli komandadan ayrılıb.
Ronaldo vəziyyəti belə izah edib: “Jesus məndən Norveçlə oyunda 30 dəqiqə meydana çıxmağımı istədi – həmin gün oynamayacağımı düşünürdüm, amma razılaşdım. İsindim, amma məni meydana buraxmadılar. Məşqçi vədini pozdu”.
Hücumçu həmçinin bildirib ki, Norveçlə oyundan sonra növbəti oyun üçün performans planı ilə bağlı Jesusla razılaşıb, lakin məşqçi “ikinci dəfə sözünü pozub”. Xorxenin deməli olduğu məqamlardan biri də bu idi: “Pele və Maradona səviyyəsində bir oyunçunu isinməyə göndərib meydana çıxarmamaqla səhv etdim”.
Müəllif: Tural
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Avropa14:23İspaniyada dəhşətli qatar qəzası: Ən azı 46 nəfər ölüb - VİDEO
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın























.jpg)














