İdman
Montella gedir, Arda Turan gəlir? - Gözlənilməz iddia
Türkiyə millisində baş məşqçi Vincenzo Montellanın taleyi ilə bağlı diqqətçəkən iddia yayılıb. İddialara görə, Türkiyə Futbol Federasiyası (TFF) italiyalı mütəxəssislə yolları ayırmaq qərarına gəlib və onun yerinə Arda Turanı gətirməyi planlaşdırır.
Publika.az xəbər verir ki, “Fotospor”un məlumatına görə, UEFA Millətlər Liqasında ardıcıl uğursuz nəticələr Türkiyə millisində vəziyyəti daha da gərginləşdirib. Komandanın turnirdə keçirdiyi 4 oyunun hamısından məğlub ayrılması Montellanın postunu təhlükə altına salıb.
Nəşrin yazdığına görə, TFF prezidenti İbrahim Hacıosmanoğlu və rəhbərlik Montella ilə əməkdaşlığa son qoymaq barədə qərar verib. Bildirilir ki, federasiya rəhbərliyi italiyalı çalışdırıcı ilə yolları ayırdıqdan sonra Arda Turana milli komandaya baş məşqçi postunu təklif etməyi nəzərdən keçirir.
Montella mətbuat konfranslarında istefa məsələsini gündəmə gətirməsə də, federasiyanın onunla bağlı planlarının fərqli olduğu iddia edilir.
İtaliyalı mütəxəssis Türkiyə millisinin baş məşqçisi kimi rəsmi və yoldaşlıq oyunları daxil olmaqla 40 matça çıxıb. Bu görüşlərin 21-də qələbə qazanan komanda 14 dəfə məğlub olub, 5 qarşılaşmada isə heç-heçə edib.
Türkiyə millisinin son 7 oyundakı nəticələri isə xüsusilə diqqətçəkəndir. Komanda bu müddətdə 6 məğlubiyyət və cəmi 1 qələbə əldə edib.
Arda Turan isə hazırda məşqçilik karyerasını davam etdirir və Türkiyə futbolunun son illərdə yetişdirdiyi ən tanınmış simalardan biri hesab olunur.
-
Ekopublika.az05:45“Nvidia” rəhbərinin 162 milyard dollarlıq sərvəti gündəmdə - Tarixin ən bahalı boşanması baş verəcək?
-
Qoroskop01:20Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün yeni həyat başlayır
-
Dünya00:27Türkiyədə zavodda partlayış: ölənlərin sayı artdı - Yeniləndi
-
Avropa9 Noyabr 23:55700 supermarketə hücumun arxasında İran dayanır - Fransadan ittiham
-
Elm və təhsil9 Noyabr 23:05Abituriyentlər iki fəndən imtahan verəcək? - Ekspertdən AÇIQLAMA
-
Region9 Noyabr 21:00Ərdoğan zavoddakı partlayışın ağır nəticələrini açıqladı - 16 nəfər öldü
-
Nida Xəbər 9 Noyabr 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika9 Noyabr 14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi






.webp)





.jpg)
.jpg)










.jpg)




.jpg)



