İdman
İkardi “Qalatasaray”a qayıdır? - Son vəziyyət bəlli oldu
Mauro İkardinin “Qalatasaray”a mümkün qayıdışı ilə bağlı yeni məlumat yayılıb. Argentinalı hücumçu Türkiyə klubu ilə müqaviləsini yeniləyə bilmədikdən sonra hələ də başqa komandaya keçməyib.
Publika.az xəbər verir ki, İkardi Argentina və İtaliyadan bəzi klublarla danışıqlar aparsa da, razılıq əldə olunmayıb. Liqalar artıq başlasa da, azad agent statusunda olan futbolçunun “Qalatasaray”a qayıtmaq istədiyi üzə çıxıb.
İddialara görə, hücumçunun vasitəçiləri “sarı-qırmızılı” klubun rəhbərliyinə mesaj göndərərək onun yenidən komandaya qoşulmaq istəyini çatdırıblar. Lakin klub prezidenti Dursun Özbek bu məsələyə ehtiyatlı yanaşıb. Bildirilir ki, rəhbərlik futbolçuya vida mərasimi üçün dəvət göndərib.
“beIN SPORTS”un “Qalatasaray” üzrə müxbiri Nezih Akşener İkardinin mümkün dönüşünü dəyərləndirib.
“İkardi ilə “Qalatasaray” arasındakı hekayə bənzəri olmayan bir hekayədir. Amma onun yenidən “Qalatasaray”a qayıtmasının çətin ehtimal olduğunu deyə bilərəm. Hazırda fərdi məşqlərini davam etdirir. Qış transfer pəncərəsində “Qalatasaray”ın ona ehtiyacı yaranarsa, İkardinin də İstanbulu sevən futbolçu kimi geri qayıtmaq istəyə biləcəyini bilirik”, – deyə Akşener bildirib.
Nezih Akşener milli komandalar üçün fasilədən sonra “Qalatasaray”ı vacib oyunların gözlədiyini də qeyd edib.
Onun sözlərinə görə, “Trabzonspor”la matçdan sonra futbolçular 5 günlük istirahətə buraxılıb. Komanda hazırlıq müddətində əsasən gündə iki məşq keçirib.
Kaan Ayhan və İlkay Gündoğanın hazırlıq prosesini yaxşı keçirdiyi bildirilib. Baş məşqçi Okan Buruk isə bu müddətdə həm gənc futbolçuları, həm də kifayət qədər oyun şansı qazanmayan futbolçuları formaya salmağa çalışıb.
Milli komandalarla bağlı fasilə başa çatdıqdan sonra “Qalatasaray”ın demək olar ki, tam heyətlə məşqlərə başlaması gözlənilir. Sallai hələ komanda ilə məşqlərə qoşulmayıb, lakin onun zədəsini sağaltmaq üzrə olduğu bildirilib.
Viktor Osimhen isə məşqin bir hissəsində komanda ilə çalışıb. Nigeriyalı hücumçunun “Barselona” ilə oyunda meydana çıxmasının gözlənildiyi qeyd olunub. Sinqo və Lemina da “Barselona” ilə qarşılaşmalara hazır olmalıdır.
-
Sosial23:35Bir sıra sosial ödənişlərin məbləği artırılır - Video
-
Hadisə21:39Azərbaycanda ov zamanı itkin düşən iş adamının meyiti aşkarlandı
-
Avropa20:12Bu dəfə qan ehtiyatlarını hədəf aldılar - Bir neçə obyektə kiberhücum
-
Ekopublika.az19:00Mərkəzi Bankdan “Portmanat”a irad - Telefonunuzdakı pullar risk altında
-
Rəsmi xronika15:55Prezidentdən Kamran İmanovla bağlı sərəncam
-
Qoroskop14:10Bu ilin son iki ayında hansı bürclər evlənəcək? - Sevgi və nikah sürprizləri
-
Avropa13:22“Ayaz bəy” batdı – 4 dənizçi gəmini tərk etməkdən imtina etdi
-
Sosial12:16Yeni doğulan uşağa görə ailələrə 1500 manat veriləcək

















.jpg)
















