İdman
Mourinyonun qarşısında böyük sınaq: Arda, Mbappe, Vinisius və Bellinqem
“Atletiko Madrid”ə məğlub olaraq La Liqada lider “Barselona”dan 6 xal geri düşən “Real Madrid”i qarşıdakı günlərdə olduqca gərgin təqvim gözləyir. Baş məşqçi Joze Mourinyonun əsas vəzifələrindən biri Arda Gülər, Cud Bellinqem, Vinisius Junior və Kilian Mbappeni eyni oyun sistemində uyğunlaşdırmaq olacaq.
Publika.az xəbər verir ki, “Real Madrid” son turda səfərdə “Atletiko Madrid”ə 1:2 hesabı ilə uduzub. Bu nəticədən sonra komanda iki mövsümdür çempion olan “Barselona”dan 6 xal geri düşüb.
Madrid klubu qarşıdakı 16 gün ərzində La Liqa və Çempionlar Liqasında 5 oyun keçirəcək. Bu seriyanın ən diqqətçəkən qarşılaşması isə oktyabrın 25-də “Barselona”ya qarşı “Kamp Nou”da keçiriləcək El Klasiko olacaq.
Mourinyonun əsas problemi ulduzları uyğunlaşdırmaqdır
“Atletiko” ilə oyun “Real Madrid”in müxtəlif mövqelərdə yaşadığı problemləri üzə çıxarıb. Hücum xətti kifayət qədər effektiv olmayıb, yarımmüdafiə rəqibin say üstünlüyünə cavab verməkdə çətinlik çəkib, müdafiə isə meydan sahiblərinin təşkilatlanmış hücumlarına qarşı davam gətirə bilməyib.
Bu baxımdan Mourinyonun qarşısındakı əsas məsələlərdən biri Mbappe, Bellinqem və Vinisiusu komandanın ümumi balansını pozmadan eyni heyətdə oynatmaqdır.
Vinisius ehtiyatda qala bilər
Komandada ən çox müzakirə olunan futbolçulardan biri Vinisius Junior olub. Braziliyalı hücumçu bu mövsüm La Liqa və Çempionlar Liqasında keçirdiyi 8 oyunda cəmi 1 qol vurub.
Mourinyo ictimaiyyət qarşısında futbolçusunu müdafiə etsə də, Vinisiusun müəyyən müddət ehtiyat oyunçular skamyasında saxlanılması variantının da nəzərdən keçirildiyi bildirilir.
Arda Gülər taktiki planın mərkəzində
Toni Kroos və Luka Modriçin komandadan ayrılmasından sonra “Real Madrid” yarımmüdafiədə həm fiziki gücü, həm də topa nəzarəti təmin edən optimal quruluş axtarır.
Mourinyonun üstünlük verdiyi 4-2-3-1 sistemində Federiko Valverde mərkəzin əsas oyunçularından biridir. Zədəsini geridə qoyan Orelyen Tçuameni də seçimlər arasındadır.
Arda Gülər isə əsasən hücumçunun arxasındakı üçlüyün sağında çıxış edir. Ardanın və ya Bernardo Silvanın Tçuameni ilə birlikdə mərkəzdə yerləşdirilməsi komandanın topa sahib olduğu zaman nəzarəti artıran variantlardan biri hesab olunur. Lakin bu dəyişiklik müdafiə zamanı komandanın müqavimətini azalda bilər.
Müdafiədə problemlər artır
“Real Madrid” bu mövsüm keçirdiyi 8 oyunun yalnız birində qapısını toxunulmaz saxlaya bilib. Müdafiədəki zədələr və heyətin tez-tez dəyişməsi də Mourinyonun işini çətinləşdirir.
Eder Militao və Ferlan Mendinin uzunmüddətli yoxluğuna milli komandada olarkən baldır sümüyündən əməliyyat olunan Raul Asensionun itkisi də əlavə edilib.
İbrahima Konatenin dizindən aldığı zədə səbəbindən “Vilyarreal”la oyunda iştirakı sual altındadır. Din Huysen isə “Atletiko Madrid”lə görüşdə qırmızı vərəqə aldığı üçün qarşıdakı matçda forma geyinə bilməyəcək.
Bellinqemin mövqeyi dəyişə bilər
Mourinyonun 4-2-3-1 sistemindən 4-3-3 və ya 3-4-3 quruluşuna keçməsi də ehtimallar arasındadır. Lakin Cud Bellinqemin hazırkı sistemdə “10 nömrə” mövqeyində mühüm rol oynaması mümkün taktiki dəyişikliyin qarşısındakı əsas məsələlərdən biridir.
Kilian Mbappe də gündəmdə olan digər ulduzdur. Fransa millisinin düşərgəsindən dizindəki zədə səbəbindən erkən ayrılan hücumçunun Parisdə sevgilisi ilə görüntülənməsi bəzi azarkeşlərin narazılığına səbəb olub. Onun daha sonra velosiped sürdüyü görüntüləri paylaşması da müzakirələrə yol açıb.
Mourinyonun daha əvvəl futbolçularının velosiped sürməsini üstün tutmadığını bildirməsi həmin məsələnin yenidən gündəmə gəlməsinə səbəb olub.
El Klasiko Mourinyonun taleyində mühüm mərhələ ola bilər
63 yaşlı Mourinyo qarşıdakı sıx təqvimdə həm nəticə qazanmalı, həm də ulduzlarla zəngin heyətdə balans yaratmalıdır. Böyük futbolçulardan birinin ehtiyatda saxlanılması və ya taktiki sistemin dəyişdirilməsi mümkün variantlar kimi qiymətləndirilir.
“Real Madrid”in qarşıdakı seriyasının sonunda “Barselona” ilə El Klasiko dayanır. Komandanın bu oyunlara qədər uğurlu nəticələr əldə etməsi və “Barselona” səfərindən müsbət nəticə ilə qayıtması turnir cədvəlində vəziyyətə təsir edə bilər. Əks nəticələr isə Mourinyonun üzərindəki təzyiqi artırmaq ehtimalını gündəmə gətirir.
-
Avropa07:35Dünya kabus ssenarisinə hazırlaşır: Çoxlu sayda insan öləcək
-
İdman03:43Messidən sonra Argentina millisinin bombardiri kim olacaq? - Tarixi siyahı
-
Qoroskop01:20Günün ulduz falı: Hər şeyin öz axarında getməsinə icazə verin
-
İdman7 Oktyabr 23:05Montella gedir, Arda Turan gəlir? - Gözlənilməz iddia
-
Sosial7 Oktyabr 21:00Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Siyahı
-
Nida Xəbər 7 Oktyabr 19:20AK Parti sözçüsü: Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan ölkələr var - Video
-
Gözəllik7 Oktyabr 18:20Azərbaycanda ən çox edilən estetik əməliyyatlar açıqlandı
-
Nida Xəbər 7 Oktyabr 16:21Çavuşoğlundan Bakıda sülh mesajı: Müharibənin bitməsi kifayət deyil









.png)

























