İdman
Sefas məşqlərə qayıdır, Cəfərquliyevin durumu isə...
“Qarabağ”ın zədəli futbolçularının son durumu açıqlanıb.
Publika.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Renaldo Sefas MRT müayinəsindən keçib və nəticələrdə əhəmiyyətli dəyişiklik aşkarlanmayıb.
26 yaşlı yarımmüdafiəçi 3-4 gün ərzində tibbi və məşqçi heyətinin nəzarəti altında məşq edəcək.
O, Yamayka millisinin heyətində zədələnib. Sefas KONKAKAF Millətlər Liqasında Hondurasla ev matçında sıradan çıxıb.
“Köhlən atlar”ın hazırda zədəli olan digər futbolçusu isə Elvin Cəfərquliyevdir. Cinah müdafiəçisinin yaşıl meydanlara nə vaxt qayıdacağı qeyri-müəyyəndir.
Cəfərquliyev sentyabrın əvvəlində zədəsi səbəbindən əməliyyat olunub. O, UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsində “Dinamo” (Kiyev) ilə cavab oyununda zədələnib. Müayinələr zamanı futbolçunun sol budunun arxa əzələ qrupuna daxil olan yarımvətərli əzələnin distal vətərində zədələnmə aşkarlanıb.
-
Nida Xəbər 10:04Türkiyə XİN Azərbaycanı təbrik etdi
-
Ekopublika.az08:49Bakıda torpaqların qiyməti kəskin dəyişdi - Səbəb açıqlandı
-
ABŞ02:43Tramp elan etdi: ABŞ İranda “Dəmir qapı” qrupunu işə saldı
-
Qoroskop01:20Günün ulduz falı: planlarınızı dəyişdirməli olacaqsız
-
Region00:27İranın Qeşm adasında partlayışlar oldu
-
ABŞ8 Noyabr 23:55Nə dərəcədə güclü zərbə endirəcəyimi təsəvvür belə edə bilməzsiniz - Trampdan İrana xəbərdarlıq
-
Dünya8 Noyabr 21:5133 ölkədən vətəndaşlarına təcili çağırış - Nə baş verir?
-
Nida Xəbər 8 Noyabr 19:51İlham Əliyev Türkiyəyə səfər edəcək













.jpg)












.jpg)






.jpg)


