İdman
ABŞ-da ermənini idmandan ömürlük uzaqlaşdırdılar: Görün nələr edib
Keçmiş sovet idmançısı və ABŞ milli gimnastika komandasının keçmiş məşqçisi Artur Akopyan ömürlük idmandan kənarlaşdırılıb.
Publika.az xəbər verir ki, bu qərar ABŞ Təhlükəsiz İdman Mərkəzi tərəfindən 65 yaşlı mütəxəssisə qarşı irəli sürülən qanunsuz davranış və cinsi təcavüz iddialarından sonra verilib. Akopyanın qərardan apelyasiya şikayəti vermək hüququ var.
Akopyan ikiqat SSRİ çempionu (1981, 1983) və komanda yarışlarında (1979, 1981) və tullanma üzrə (1983) üçqat dünya çempionudur. 1989-cu ildən bəri ABŞ-da çalışır. Onun tələbələri arasında Olimpiya çempionu Makkayl Maroney və komanda yarışlarında Dünya Çempionatının gümüş medalçısı Metti Larson da var.
"The Washington Post" qəzetinin apardığı genişmiqyaslı araşdırmaya görə, Akopyanın ortaq mülkiyyətində olan “All Olympia” Gimnastika Mərkəzinin (AOGC) ən azı 10 keçmiş tələbəsi sistematik zorakılığa məruz qaldığını iddia edir. Onlardan doqquzu məşqçinin qəzəb içində yetkinlik yaşına çatmayan idmançıları yerə yıxaraq xəsarət yetirdiyini təsdiqləyib.
Qızlar məşqçilərinin aqressiv hərəkətlərindən mütəmadi olaraq soyunma otaqlarında və tualetlərdə gizlənməyə məcbur ediliblər. Akopyana və onun təlim mərkəzinə qarşı ilk məhkəmə iddiaları 2016-cı ildə Mattie Larson tərəfindən qaldırılmışdı. O, Akopyanın yaratdığı təzyiq və gizlilik atmosferinin məhkum komanda həkimi Larry Nassarın illərlə istismarına səbəb olduğunu iddia etmişdi. 2018-ci ildə iş 1 milyon dollarlıq razılaşma ilə həll edildi, lakin sistemli iddialar davam etdi.
Müəllif: Tural
-
Region02:43Tehran Vaşinqtondan gələcək zərbəni gözləyir - Hazırlıqlar başladı
-
Qoroskop01:20Günün ulduz falı: daxili səsiniz sizə ən doğru yolu göstərəcək
-
ABŞ6 Noyabr 23:05Heç kim bunu demək istəmir, amma... - Tramp İranın nüvə planından danışdı
-
Dünya6 Noyabr 22:46İki sərnişin təyyarəsində bomba şübhəsi - Qırıcılar havaya qaldırıldı
-
Kriminal6 Noyabr 21:13“Omid” əməkdaşının döyülmə anı - Video
-
Rəsmi xronika6 Noyabr 19:40Prezidentin Cəbrayıl və Zəngilan səfərindən görüntülər
-
Kriminal6 Noyabr 19:00Tərtərdəki dəhşətli qətlin detalları məlum oldu
-
Nida Xəbər 6 Noyabr 18:50İndiyədək qadınlara verilirdi: kişilər də yararlanacaq - Azərbaycanda yeni qayda












.jpg)





















.jpg)
