İdman
Flikin “Barselona”sı rekordlara doğru irəliləyir: “Real”ın taxtı təhlükədədir
Hans-Diter Flikin rəhbərlik etdiyi “Barselona” İspaniya La Liqasında möhtəşəm çıxışı ilə diqqət çəkir. Kataloniya təmsilçisi mövsümün ilk yeddi turunda bütün oyunlarını qazanaraq həm klub rekordlarını yeniləməyə, həm də əzəli rəqibi “Real Madrid”in tarixi göstəricilərinə yaxınlaşmağa çalışır.
Publika.az xəbər verir ki, “Mundo Deportivo” nəşrinin məlumatına görə, “Barselona” oktyabrın 10-da doğma meydanda “Xetafe”ni məğlub edəcəyi təqdirdə, La Liqa tarixində mövsümə ən yaxşı başlanğıc rekordunu təkrarlayacaq. Bu göstəriciyə sonuncu dəfə 2013-2014 mövsümündə Xerardo Martinonun rəhbərlik etdiyi “Barselona” imza atıb.
Kataloniya klubu hazırda 21 xalla turnir cədvəlinə başçılıq edir və ən yaxın izləyicisi “Real Madrid”i 6 xal qabaqlayır. Komanda hücumdakı məhsuldarlığı ilə də seçilir: yeddi oyunda rəqib qapılarından 31 top keçirən “Barselona” hər matçda orta hesabla dörd qola yaxın nəticə göstərib. Klub tarixində mövsümün bu mərhələsində bundan əvvəl ən yüksək göstərici 1950-1951-ci illərdə qeydə alınmış 29 qol olub.
Flikin komandası bir sıra oyunlarda böyükhesablı qələbələr qazanıb. “Rasinq Santander”in qapısından yeddi top keçirən kataloniyalılar “Elçe”, “Rayo Valyekano” və “Valensiya”nı hərəyə beş, “Levante”ni dörd, “Sevilya”nı isə üç qolla məğlub ediblər.
Bununla belə, “Barselona”nın qarşısında ciddi tarixi hədəflər var. 1968-1969 mövsümündə Migel Munyosun rəhbərlik etdiyi “Real Madrid” çempionatın ilk doqquz turunda məğlub olmayaraq bu sahədə rekord müəyyənləşdirib. “Atletiko Madrid” və “Real Madrid” də müxtəlif mövsümlərdə çempionata səkkiz qələbə ilə başlamağı bacarıblar.
“Barselona” doğma meydanda da ardıcıl qələbələr seriyası ilə diqqət çəkir. “Xetafe” üzərində qələbə bu seriyanı 23 matça çatdıracaq. Beləliklə, kataloniyalılar İspaniya futbolu tarixində ən uzun ev qələbələri seriyalarından birinə imza atacaq və “Real Madrid”in 1988-1989 və 1989-1990 mövsümlərində qeydə alınmış 24 ardıcıl ev qələbəsi göstəricisinə daha da yaxınlaşacaqlar.
Flikin komandası həm çempionluq mübarizəsində üstünlüyünü qorumağa, həm də klub tarixində yeni səhifə açmağa çalışır. Qarşıdakı oyunlarda əldə olunacaq nəticələr “Barselona”nın bu mövsüm hansı rekordlara imza atacağını müəyyənləşdirəcək.
-
Dünya21:5133 ölkə vətəndaşlarına təcili çağırış - Nə baş verir?
-
Nida Xəbər 19:00“Bu gün qarşımızda duran vəzifə...” – Ərdoğandan Qarabağla bağlı mühüm mesaj
-
Nida Xəbər 17:38Prezidentlər Şuşa qalası önündə foto çəkdirdilər
-
Nida Xəbər 16:51Ərdoğan: "Ağdamda 40 sinif otağından ibarət məktəbin tikintisinə başlamışıq"
-
Nida Xəbər 16:49Ərdoğan: Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər
-
Nida Xəbər 16:30Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi də gücləndirir!
-
Nida Xəbər 16:05İlham Əliyevdən Ərdoğana: Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir
-
Nida Xəbər 15:21Prezidentin sosial media hesablarında Ərdoğanın səfəri ilə bağlı videoçarx paylaşıldı




































.jpg)

