Laporta Messini kluba qaytaracaq?
Bizi izləyin

İdman

Laporta Messini kluba qaytaracaq?

Laporta Messini kluba qaytaracaq?

“Barselona”nın prezidenti Joan Laportanın Lionel Messi ilə münasibətlərdəki gərginliyi aradan qaldırmaq və argentinalı əfsanəyə layiq vida mərasimi təşkil etmək imkanı var.

Publika.az xəbər verir ki, tanınmış jurnalist Əşrəf Bin Ayad İspaniyanın “Mundo Deportivo” nəşrində dərc olunan məqaləsində bu barədə fikirlərini bölüşüb.

Jurnalistin qənaətinə görə, “Spotify Camp Nou” stadionunda yenidənqurma işləri tam başa çatdıqdan sonra Messi üçün möhtəşəm mərasim təşkil edilə bilər. Bu, həm futbolçunun klub tarixindəki xidmətlərinə ehtiramın ifadəsi, həm də tərəflər arasındakı münasibətlərin yaxşılaşması üçün mühüm addım ola bilər.

Bin Ayad Laportanın azarkeşlərin rəğbətini qazanmağa önəm verdiyini bildirib. Onun fikrincə, klub prezidenti Messi ilə yaşanan fikir ayrılığını aradan qaldırmaq istəyini açıq şəkildə ifadə etməsə də, bu məsələni daxilində saxlayır.

Jurnalist hesab edir ki, Messinin bir neçə gün əvvəl vətənində şərəfinə təşkil olunan mərasim Laportanı da gələcəkdə “Barselona”da oxşar tədbir keçirmək barədə düşünməyə vadar edib.

Bununla belə, tərəflərin mövqelərindən geri çəkiləcəyi gözlənilmir. Laporta 2021-ci ildə Messinin klubdan ayrılmasının “Barselona” üçün ən doğru qərar olduğunu müdafiə edir. Argentinalı futbolçu isə 5 avqust 2021-ci il tarixini kədərli gün kimi xatırlamaqda davam edir.

Bin Ayad vurğulayıb ki, bütün fikir ayrılıqlarına baxmayaraq, “Barselona” öz tarixinin ən böyük futbolçularından birinə layiqli ehtiram göstərməlidir. Onun fikrincə, yeni stadionun tam hazır olmasından sonra Messinin azarkeşlərin qarşısına çıxarılması və möhtəşəm şəkildə alqışlanması üçün şərait yaranacaq.

Jurnalist əmindir ki, Messi “Barselona” tarixinin ayrılmaz hissəsidir və həmişə belə qalacaq. Bununla belə, yazıda mərasimin keçiriləcəyi ilə bağlı rəsmi qərarın verildiyi bildirilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm