İdman
Lamin Yamal ilk geyim kolleksiyasını təqdim etdi
“Barselona” və İspaniya millisinin ulduzu Lamin Yamal futbol meydanından kənarda da fəaliyyətini genişləndirir. Gənc futbolçu ABŞ-ın “American Eagle” geyim brendi ilə əməkdaşlıq çərçivəsində ilk şəxsi kolleksiyasını təqdim edib.
Publika.az xəbər verir ki, “Marca” nəşrinin məlumatına görə, 19 yaşlı futbolçunun adı ilə hazırlanan “American Eagle x Lamine Yamal” kolleksiyasına 29 geyim modeli daxildir. Layihə futbolçunun şəxsi zövqünü, şəhər həyat tərzini və küçə mədəniyyətinə marağını əks etdirir.
Kolleksiyanın təqdimatı Barselonada müxtəlif tədbirlərlə qeyd olunub. Şəhərin Dreta de l’Eixample bölgəsində yaradılan xüsusi məkanda ziyarətçilər yerli sənətkarların iştirakı ilə cins geyimlərin fərdiləşdirilməsi üzrə ustad dərslərində iştirak ediblər.
Təqdimat çərçivəsində rəssam TV Boy tərəfindən 21 metr hündürlüyündə divar rəsmi də hazırlanıb. Əsər Yamalın sürətlə yüksələn karyerasına və gənclər arasında artan populyarlığına həsr olunub.
Futbolçu tədbirlərdən birində “American Eagle Beach Club” məkanına da baş çəkib. O, burada rep duelinə qatılıb və qonaq münsif kimi çıxış edib. Bu seçim Yamalın yeni kolleksiyasına təsir edən hip-hop və küçə mədəniyyətinə marağını da nümayiş etdirib.
Yamal layihənin onun üçün sadəcə reklam əməkdaşlığı olmadığını vurğulayıb. O bildirib ki, moda həmişə maraq göstərdiyi sahələrdən biri olub və kolleksiya onun kimliyini, eləcə də geyim tərzini əks etdirir. Futbolçu yeni layihəni doğma Barselonada təqdim etməyin onun üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
-
Ekopublika.az05:45“Nvidia” rəhbərinin 162 milyard dollarlıq sərvəti gündəmdə - Tarixin ən bahalı boşanması baş verəcək?
-
Qoroskop01:20Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün yeni həyat başlayır
-
Dünya00:27Türkiyədə zavodda partlayış: ölənlərin sayı artdı - Yeniləndi
-
Avropa9 Noyabr 23:55700 supermarketə hücumun arxasında İran dayanır - Fransadan ittiham
-
Elm və təhsil9 Noyabr 23:05Abituriyentlər iki fəndən imtahan verəcək? - Ekspertdən AÇIQLAMA
-
Region9 Noyabr 21:00Ərdoğan zavoddakı partlayışın ağır nəticələrini açıqladı - 16 nəfər öldü
-
Nida Xəbər 9 Noyabr 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika9 Noyabr 14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi






.webp)
















.jpg)




.jpg)



