İdman
Mourinyo qələbədən sonra mətbuat konfransını boykot etdi
İspaniyanın "Real Madrid" komandasının baş məşqçisi Joze Mourinyo La Liqanın VIII turunda "Vilyarreal"la oyundan sonra keçirilən mətbuat konfransında iştirak etməyib.
Publika.az AS nəşrinə istinadla xəbər verir ki, portuqaliyalı mütəxəssisin köməkçiləri də media nümayəndələrinin qarşısına çıxmayıblar.
Məşqçilər heyətinin bu addımına hakim qərarının səbəb olduğu ehtimal edilir. Belə ki, 72-ci dəqiqədə “kral klubu”nun hücumameyilli yarımmüdafiəçisi Vinisius Junior rəqib komandanın oyunçusu Natan Salibanın saçından tutub dartdığına görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.
Qeyd edək ki, görüş "Real Madrid"in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Hazırda 18 xalı olan komanda turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
-
Ekologiya07:17Zəfər Gününün hava proqnozu açıqlandı
-
İdman06:46PSJ-yə bir qol bəs etdi
-
Magazin106:16Məşhur model 31 yaşını bağ evində qeyd etdi - FOTO
-
Magazin104:44“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
İdman04:30"Real" səfərdə "Valensiya"nı darmadağın etdi
-
İqtisadi gündəm03:13Qızıl kəskin ucuzlaşdı
-
Sosial02:12Həmin tuneli yenə su basıbmış - VİDEO
-
Avropa01:41Krakovda Qətliam törədən şəxsin evində meyitlər aşkarlandı
































.jpg)

