İdman
Fabreqas: Məşqçini cəmi iki oyundan sonra necə işdən çıxarmaq olar?
“Komo”nun baş məşqçisi Sesk Fabreqas klub rəsmilərini məşqçilərə qarşı səbirli olmağa çağırıb və Mikel Artetanı nümunə göstərib.
Publika.az xəbər verir ki, Fabreqas “Roma” ilə oyundan əvvəl keçirilən mətbuat konfransında bildirib:
“Arsenal”a baxın, Mikel Arteta klubla müqaviləsini yenilədi. İndi onun işinin nəticələrini görürük, amma əvvəlcə işlər yaxşı getmirdi. O, tənqidlərə qulaq asır və özü haqqında danışırdı. Bizim aydın fikirlərimiz olmalıdır. Adətən, həmişə olmasa da, nəticələr bir neçə aydan sonra gəlir.
Məşqçini cəmi iki oyundan sonra necə işdən çıxarmaq olar? Bəzən idman direktoru düşünür ki, özü məşqçi olmalıdır. Mən inanıram ki, məşqçi oyun sisteminə və lazımi oyunçuların seçilməsinə əhəmiyyətli dərəcədə təsir göstərməlidir. Kənardan baxanda məşqçi dəstəyi itirəndə nə baş verdiyini görmək olar”.
5 oyundan sonra “Komo” İtaliya çempionatının turnir cədvəlində səkkizinci yerdədir.
-
Ekopublika.az08:49Bakıda torpaqların qiyməti kəskin dəyişdi - Səbəb açıqlandı
-
ABŞ02:43Tramp elan etdi: ABŞ İranda “Dəmir qapı” qrupunu işə saldı
-
Qoroskop01:20Günün ulduz falı: planlarınızı dəyişdirməli olacaqsız
-
Region00:27İranın Qeşm adasında partlayışlar oldu
-
ABŞ8 Noyabr 23:55Nə dərəcədə güclü zərbə endirəcəyimi təsəvvür belə edə bilməzsiniz - Trampdan İrana xəbərdarlıq
-
Dünya8 Noyabr 21:5133 ölkədən vətəndaşlarına təcili çağırış - Nə baş verir?
-
Nida Xəbər 8 Noyabr 19:51İlham Əliyev Türkiyəyə səfər edəcək
-
Nida Xəbər 8 Noyabr 19:00“Bu gün qarşımızda duran vəzifə...” – Ərdoğandan Qarabağla bağlı mühüm mesaj










.jpg)



.jpg)
















.jpg)


