İdman
Vinisiusdan ayrıldı, bir gün sonra keçmiş əri ilə görüntüləndi
“Real Madrid”in braziliyalı ulduzu Vinisius Juniorun ayrıldığı sevgilisi Virciniya Fonseka ilə bağlı diqqətçəkən hadisə yaşanıb. Futbolçu ilə münasibətlərinə son qoyduğu açıqlanandan cəmi bir gün sonra Virciniya ABŞ-nin Mayami şəhərində keçmiş əri, müğənni Ze Felipe ilə birlikdə görüntülənib.
Publika.az xəbər verir ki, bu barədə “Goal” nəşri məlumat yayıb.
Sosial şəbəkələrdə yayılan videoda Virciniya və Ze Felipenın çimərlikdə birlikdə gəzdiyi görünür. Görüntülərin ayrılıq xəbərindən qısa müddət sonra yayılması istifadəçilərin diqqətini çəkib.
Məlumata görə, Virciniya üç övladı — Mariya Alis, Flor və Joze Leonardo ilə birlikdə ABŞ-dədir. Onların Mayamiyə səfərinin məqsədi yeni musiqi layihələri üzərində çalışan Ze Felipe ilə görüşmək olub.
Virciniyanın nümayəndəsi Vinisiusla münasibətlərin qarşılıqlı razılıq əsasında bitdiyini təsdiqləyib. O, tərəflər arasında mübahisə və ya hər hansı fikir ayrılığının yaşanmadığını, cütlüyün münasibəti davam etdirməmək barədə razılığa gəldiyini bildirib.
Qeyd edək ki, bu, Vinisiusla Virciniyanın münasibətlərində ilk ayrılıq deyil. Onlar ötən ilin mayında da ayrılmış, iyulda isə yenidən bir araya gəlmişdilər. Cütlük daha sonra Formula-1 İspaniya Qran-prisi də daxil olmaqla bir sıra ictimai tədbirlərdə birlikdə görüntülənmişdi.
-
Ekopublika.az05:45“Nvidia” rəhbərinin 162 milyard dollarlıq sərvəti gündəmdə - Tarixin ən bahalı boşanması baş verəcək?
-
Qoroskop01:20Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün yeni həyat başlayır
-
Dünya00:27Türkiyədə zavodda partlayış: ölənlərin sayı artdı - Yeniləndi
-
Avropa9 Noyabr 23:55700 supermarketə hücumun arxasında İran dayanır - Fransadan ittiham
-
Elm və təhsil9 Noyabr 23:05Abituriyentlər iki fəndən imtahan verəcək? - Ekspertdən AÇIQLAMA
-
Region9 Noyabr 21:00Ərdoğan zavoddakı partlayışın ağır nəticələrini açıqladı - 16 nəfər öldü
-
Nida Xəbər 9 Noyabr 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika9 Noyabr 14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi






.webp)










.jpg)






.jpg)




.jpg)




