İdman
"Sabah" ÇL-nin əsas mərhələsində ilk qələbəsini qazandı - YENİLƏNDİ
"Sabah" komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.
Publika.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda Çexiyanın "Slaviya" kollektivini qəbul edən Azərbaycan çempionu 2:0 hesablı qələbəyə sevinib.
İlk qolu 49-cu dəqiqədə Kahim Parris vurub. 88-ci dəqiqədə isə Coy-Lens Mikels adını tabloya yazdırıb.
Bu, "Sabah"ın Çempionlar Liqasının əsas mərhələsində və ümumilikdə Azərbaycan təmsilçilərinin Çexiya klubları üzərində ilk qələbəsi kimi tarixə düşüb.
Xatırladaq ki, "Sabah" ilk matçda İngiltərədə "Mançester Yunayted"ə məğlub olub - 0:4. Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda növbəti matçını oktyabrın 20-də evdə "Borussiya"ya (Dortmund, Almaniya) qarşı keçirəcək.
22:33
"Sabah" və "Slaviya" (Çexiya) komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununda ikinci qol vurulub.
Publika.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən matçda Azərbaycan təmsilçisi hesab arasındakı fərqi artırıb - 2:0.
88-ci dəqiqədə Coy-Lens Mikels adını tabloya yazdırıb.
xxx
22:00
"Sabah" və "Slaviya" (Çexiya) komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununda ilk qol vurulub.
Publika.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən matçda Azərbaycan təmsilçisi hesabı açıb.
49-cu dəqiqədə Kahim Parris fərqlənib.
xxx
20:55
"Sabah" və "Slaviya" (Çexiya) komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyunu başlayıb.
Publika.az xəbər verir ki, matç Bakı Olimpiya Stadionunda keçirilir.
Qarşılaşmanı avstriyalı FIFA referisi Sebastyan Qishamer idarə edir.
-
Nida Xəbər 14:37ABŞ-da Azərbaycan bayrağı endirilib? - Dövlət Komitəsindən açıqlama
-
Nida Xəbər 14:31Hafiz Məmmədovun ailəsinin əmlakları ilə bağlı yeni qərar
-
Elm və təhsil13:40“Diplom varsa, avtomatik biliklər də var” - Nazir bu yanaşmanı tənqid etdi
-
İdman12:33Məşhur model futbolçunu "ovlamaq" üçün hər yola əl atdı, amma... - FOTO
-
Elm və təhsil12:27Emin Əmrullayevin oğlu deyilmiş? - Uşaq özü HƏQİQƏTİ AÇIQLADI - VİDEO
-
Nida Xəbər 11:33Muxtar Maniyevin oğlu vəzifədən azad edildi
-
Sosial11:18Prezidentin qızı və gəlini konsertdə - FOTOLAR
-
Tarix10:06Səhranın 125 min il əvvəlki halı: Nəhəng gölün izləri tapıldı - FOTO











.jpg)

























