İdman
14 milyon – Cordanın həmin finaldakı forması rekord məbləğə satıldı
Altıqat NBA çempionu, əfsanəvi Maykl Cordanın 1998-ci il NBA finalında geyindiyi forma hərracda rekord – 14 milyon dollara satılıb.
Publika.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Sözügedən forma NBA finalında “Yuta”ya qarşı ikinci oyundan (93-88) götürülüb.
“Çikaqo” 6 oyunun 4-də qalib gələrək NBA çempionu olub.
Bu, Cordana altıncı NBA titulunu qazandırdı, bundan sonra o, “Şöhrət Zalı”na daxil edildi. Bu hadisələr “Netflix” və ESPN tərəfindən 2020-ci ildə çəkilmiş “Sonuncu Rəqs” sənədli mini-serialında əks olunub.
Alıcı Mayami daşınmaz əmlak investoru Ron Firmandır. Qeyd etmək lazımdır ki, 14 milyon dollar basketbolda indiyə qədər ödənilən ən yüksək qiymətdir.
Eyni zamanda, bu satış idman malları üçün indiyə qədər ikinci ən yüksək qiymətdir. Rekord hələ də 1932-ci il Dünya Seriyasının 3-cü oyununda beysbolçu Beyb Rutun formasının 24,12 milyon dollara satılmasıdır.
Müəllif: Tural
-
Cənubi Qafqaz03:44İrəvanda gecə toplantısı: 12 siyasi qüvvə Paşinyana qarşı birləşdi
-
Qoroskop00:45Günün ulduz falı: dünyanızı alt-üst edəcək hadisə baş verə bilər...
-
Sosial4 Noyabr 23:35Bir sıra sosial ödənişlərin məbləği artırılır - Video
-
Hadisə4 Noyabr 21:39Azərbaycanda ov zamanı itkin düşən iş adamının meyiti aşkarlandı
-
Avropa4 Noyabr 20:12Bu dəfə qan ehtiyatlarını hədəf aldılar - Bir neçə obyektə kiberhücum
-
Ekopublika.az4 Noyabr 19:00Mərkəzi Bankdan “Portmanat”a irad - Telefonunuzdakı pullar risk altında
-
Rəsmi xronika4 Noyabr 15:55Prezidentdən Kamran İmanovla bağlı sərəncam
-
Qoroskop4 Noyabr 14:10Bu ilin son iki ayında hansı bürclər evlənəcək? - Sevgi və nikah sürprizləri


















.png)

















