İdman
Oliseni qırmızı vərəqə almağa təhrik edən futbolçunun çılğın keçmişi
“Bavariya”nın UEFA Çempionlar Liqasında qarşılaşdığı “Vikinq” klubunun kapitanı Zlatko Tripiç rəqiblərini özündən çıxarmaq bacarığı ilə Norveç futbolunun ən mübahisəli simalarından birinə çevrilib.
Publika.az xəbər verir ki, 33 yaşlı futbolçu Almaniya nəhənginə qarşı keçirilən oyunda Maykl Oliseni təxribata çəkərək onun qırmızı vərəqə almasına səbəb olub. Matç ərzində rəqibini əsəbiləşdirməyə çalışan Tripiç istəyinə nail olub. Səbrini itirən Olise topu onun üzünə atıb və meydandan qovulub. Bundan sonra say üstünlüyü qazanan “Vikinq” 90-cı dəqiqədə hesabı 3:3-ə çatdıraraq Çempionlar Liqasındakı ilk xalını qazanıb.
Tripiç hadisədən sonra Olise ilə mübarizədə qalib gəldiyini düşündüyünü bildirib. O, gələcəkdə “Qızıl top” qazana biləcək səviyyədə futbolçu hesab etdiyi fransalının diqqətini oyundan yayındırmağı bacardığını deyib. “Bavariya”nın idman direktoru Maks Eberl isə norveçli futbolçunun davranışlarını tənqid edib.
Tripiçin karyerası da maraqlı hadisələrlə zəngindir. O, 2015-ci ildə Almaniyanın “Qroyter Fürt” klubuna keçib və burada çıxış etdiyi dövrdə gecə klubunda baş verən dava zamanı dörd metr hündürlükdən yıxılaraq kəllə sümüyünün yuxarı hissəsini sındırıb. Daha sonra Moldova təmsilçisi “Şerif”də çıxış edən futbolçu 2018-ci ildən “Vikinq”in formasını geyinir. O, klub tarixində rəsmi oyunların sayına görə beşinci, qol sayına görə üçüncü, məhsuldar ötürmələrə görə isə ön sıralarda yer alır. Bu mövsüm 28 rəsmi matçda 23 məhsuldar ötürmə edən kapitan “Bavariya” ilə görüşdə də iki assistlə yadda qalıb.
Maraqlıdır ki, rəqiblərini təxribata çəkməklə tanınan Tripiç 436 rəsmi oyunda cəmi bir dəfə qırmızı vərəqə alıb. Bununla belə, 2025-ci ilin avqustunda “Rusenborq”la matçda rəqibi Adrian Pereyranın boğazından tutaraq kütləvi qarşıdurmaya səbəb olduğuna görə iki oyunluq cəza alıb. Norveçdə “Stavanger kralı” adlandırılan futbolçu həm meydandakı nəticələri, həm də mübahisəli davranışları ilə diqqət mərkəzində qalır.
-
Magazin221:26Sel kabusu: Murat Boz 250 nəfərlə birlikdə kömək gözləyir - Video
-
Magazin120:48Azərbaycanlı müğənni saxlanıldı
-
Sosial19:00Polkovnik-leytenantın faciəvi ölümü: restoranda yıxıldı, bir ay komada qaldı və... - Yeniləndi
-
Nida Xəbər 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək








.jpg)




.jpg)

.jpg)

.png)




















